Salyanda pivə və limonad istehsalı zavodu tikilir
Tarix: 17.04.2018 | Saat: 18:08:00 | E-mail | Çapa göndər


Bu ilin birinci rübündə Salyanda iqtisadiyyatın bütün sahələrində uğurlar qazanılıb, sənaye və kənd təsərrüfatının inkişafı davam edib. Üç ayda rayonda məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 7 milyon 509 min manat artaraq, 61 milyon 250 min manata çatıb. Kənd təsərrüfatı məhsullarının ümumi həcmi 5 faiz artaraq, 16,8 milyon 705 min manat olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu faktları Salyanda 2018-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov səsləndirib.
Bildirilib ki, hesabat dövründə pərakəndə satış dövriyyəsi 2 milyon 586 min manat artaraq, 61 milyon 630 min manat təşkil edib. Bir nəfərə düşən məhsul buraxılışının həcmi 446 manat, orta aylıq əməkhaqqı isə 340 manat olub.
Ötən üç ayda rayonun Həsənli kəndi ərazisində 100 min başlıq damazlıq quşçuluq təsərrüfatının, Kürsəngi kəndi ərazisində istixana kompleksinin, şəhər ərazisində pivə və limonad istehsalı zavodunun və ikimərtəbəli bazar-ticarət mərkəzinin, Salyan şəhəri, Qaraçala qəsəbə, Qarabağlı, Marışlı və Arbatan kəndlərində ümumi sahəsi 12,8 hektar olan daha 7 istixana kompleksinin tikintisi əsasən başa çatdırılıb, Xıdırlı kəndi ərazisində zeytun və meyvə emalı zavodlarının tikintisinə başlanılıb.
Rayonda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib, Ələt-Astara magistral avtomobil yolunda, həmçinin Qaraçala-Düzənlik-Peyk kəndlərini birləşdirən yolda və 45 kilometr uzunluğunda Salyan-Neftçala avtomobil yolunda tikinti işləri başa çatdırılıb. Eyni zamanda, 13,1 kilometr uzunluğunda Arbatan-Marışlı-Seyidsadıqlı-Quyçu kəndini birləşdirən kəndarası avtomobil yolunun və Noxudlu kəndi ərazisindən keçən Şirvan-Salyan avtomobil yolunun 13 kilometr hissəsinin təmiri üçün hazırlıq işlərinə başlanılıb.
Yığıncaqda bildirilib ki, 2018-ci ilin məhsulu üçün 13882 hektar sahədə taxıl, 2215 hektarda təzə yonca, 50 hektarda dən üçün qarğıdalı, 374 hektarda kartof, 194 hektarda tərəvəz, 127 hektarda sarımsaq, 117 hektar sahədə isə bostan məhsulları əkilib. Ötən dövrdə ət istehsalı 21777 ton (diri çəkidə), süd istehsalı 110596 ton, yumurta istehsalı 6 milyon 996 min ədəd olub.
İclasda əhalinin elektrik, qaz və su ilə təminatı sahəsində görülən işlərdən ətraflı söhbət açılıb, təhsil, səhiyyə, mədəniyyət sahəsində qazanılan nailiyyətlər və nöqsanlar göstərilib.
Sonda müzakirə olunan məsələyə dair qərar qəbul edilib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info