MEK-ə Azərbaycanlıların tarixi və etnoqrafik təsvirinə həsr olunmuş monoqrafik toplu daxil olub
Tarix: 17.04.2018 | Saat: 19:50:00 | E-mail | Çapa göndər


AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) "Xalqlar və mədəniyyətlər" fundamental seriyasından "Azərbaycanlılar" adlı növbəti nəşr daxil olub.
Rusiya Elmlər Akademiyasının Etnoqrafiya və Antropologiya İnstitutunun çoxcildli etnoqrafik "Xalqlar və mədəniyyətlər" seriyası çərçivəsində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun hazırladığı monoqrafiyalar toplusu Rusiyanın "Elm" nəşriyyatı tərəfindən nəşr olunub.
Kitabın müəllifləri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları olan tanınmış azərbaycanlı etnoqraflardır. Ayrı-ayrı bölmələrin yazılmasında AMEA-nın Tarix, Memarlıq və İncəsənət, Əlyazmalar institutlarının və "Azərbaycan Milli Ensiklopediyası" Elm Mərkəzinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, BDU-nun Tarix fakültəsinin, eləcə də Rusiya Elmlər Akademiyasının Etnoqrafiya və Antropologiya İnstitutu əməkdaşlarının iştirak etdiyi nəşrin rəyçiləri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, tarix elmləri namizədi M.S.G.Alboqacıyevdir.
Monoqrafik topluda "Azərbaycanlılar" müasir etnoniminin formalaşmasının əsas mərhələləri, “azərbaycanlı” etnosunun tarixi və etnoqrafik zonalarının formalaşmasında mühüm rol oynayan etnoqrafik qruplar, həmçinin azərbaycanlıların dinamikasında əsas mərhələlər haqqında məlumatlar verilib. Azərbaycanlıların etnoqrafik xəritəsinə xüsusi diqqət yetirilən kitabda Gürcüstan, Rusiya, İranda yaşayan azərbaycanlılar və 1990-cı ilə qədər Ermənistanda məskun olan, qaçqın düşənlərin ümumi demoqrafik və etno-mədəni xüsusiyyətləri verilib. Azərbaycanın ərazisində qədim dövrlərdən başlayaraq baş vermiş tarixi hadisələrin ümumi təzahürünü əks etdirən monoqrafiyanın digər bir hissəsi Azərbaycan dilinə həsr olunub. 10 fəsildən ibarət kitabda azərbaycanlıların ənənəvi mədəniyyətinin müxtəlif aspektləri - maddi mədəniyyətinin xüsusiyyətləri, Azərbaycan ailəsinin etnik özəllikləri, ailə münasibətləri və ailə ritualları təhlil edilib. Monoqrafiyada həmçinin, İslamdan əvvəl Azərbaycanda ənənəvi xalq inancları, İslamdan sonra Azərbaycandakı mövcud vəziyyət, sosial həyat - xalq musiqisi, teatr və oyun mədəniyyəti, xalq oyunları, azərbaycanlıların əsrlik adət-ənənələri təsvir edilib.
Azərbaycan xalqının peşəkar mədəniyyətinə ayna olan kitab tarixçilər, etnoqraflar, kulturoloqlarla yanaşı geniş oxucu kütləsi üçün də nəzərdə tutulub.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Türkiyə hökuməti Beynəlxalq Əfv Təşkilatının “Sülh çeşməsi” antiterror əməliyyatı ilə bağlı hesabatını qərəzli hesab edir
20.10.2019
Naxçıvan Qarnizonunda silsilə tədbirlər keçirilib
20.10.2019
Bu müxalifət rəhbərləri efirlərdə özbaşınalıqlar törədiblər, insanları təhqir edərək, döyərək, onları alçaldıblar
20.10.2019
Ölkəmizdə aparılan islahatlar xalqımızın sosial rifahının yaxşılaşmasına xidmət edəcək
20.10.2019
Bu gün Dünya Osteoporozla Mübarizə Günüdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info