Monteneqrodakı soydaşlarımız Prezidenti təbrik ediblər
Tarix: 16.04.2018 | Saat: 20:07:00 | E-mail | Çapa göndər


Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə adından dövlət başçısı İlham Əliyevə yenidən prezident seçilməsi münasibətilə təbrik məktubu göndərilib: “Azərbaycanda keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin üzvləri, Qərbi Balkanlardakı Azərbaycansevərlər adından Sizi səmimi qəlbdən təbrik edirik. Harada yaşamağımızdan, nə işlə məşğul olmağımızdan asılı olmayaraq, bizim bir Vətənimiz, bir Bayrağımız, bir Prezidentimiz vardır. Vətənimizlə nəfəs alırıq, ölkəmizlə qürur duyuruq. Azərbaycanın və yerləşdiyi təlatümlü regionun üzərini almış qara buludlar, ölkəmizə qarşı çirkin oyunlar, nifrət və nifaq toxumu səpmək istəyənlərin məkrli planları, qərəzli mövqeləri xaricdən daha aydın görünür. Sözsüz ki, bunlar hər bir vətənsevəri narahat etməyə bilməz. Azərbaycan xalqı yalnız Sizin rəhbərliyinizlə həmrəy olmaqla, ölkəmiz, dövlətimiz isə sabitliyi qoruyaraq daha da güclənməklə bu təhdidlərə, məkrli planlara qarşı dayana, süni və əsassız siyasi və iqtisadi təzyiqlərə sinə gərə bilər.
Ölkəmizin və xalqımızın bu kəşməkəşli tarixi dövrü mətanətlə keçəcəyinə, düşmən işğalında olan əzəli torpaqlarımızın qüdrətli Ordumuz tərəfindən geri qaytarılacağına əminik. Həmişə söylədiyiniz kimi, gücünü aldığınız xalq tərəddüdsüz olaraq Sizin arxanızda olduğunu bir daha nümayiş etdirdi və dünyada bu gücə qarşı dura biləcək qüvvə yoxdur. Hər kəs bir daha əmin oldu ki, xalqın Sizə olan inamı və ümidləri çox böyükdür.
Dünyada, o cümlədən ölkəmizə münasibətdə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoyulmayan, onların kobud şəkildə pozulduğu, demokratiya və insan hüquqlarından yalnız təzyiq və təsir vasitəsi kimi istifadə edildiyi bir dövrdə Vətənimizin daha da çiçəklənməsi, sabitliyinin qorunması, siyasi, iqtisadi və hərbi qüdrətinin daha da gücləndirilməsi istiqamətində fəaliyyətinizi bundan sonra da əzmlə davam etdirəcəyinizə sidq ürəkdən inanırıq və xalqımızın xoşbəxt gələcəyi naminə atdığınız hər bir addımınızın yanında olduğumuzu bilməyinizi istəyirik.
Sizə ali dövləti fəaliyyətinizdə və növbəti tarixi missiyanızda uğurlar, xalqımıza sülh və firavanlıq arzu edirik. Allah Sizin və Azərbaycan xalqının yardımçısı olsun”.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb
19.10.2019
Əli Həsənov: Radikal müxalifətin ikinci oktyabr iflası
19.10.2019
Barselonada gərgin vəziyyət davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info