Bakı Ali Neft Məktəbi Beynəlxalq Forum keçirəcək
Tarix: 17.04.2018 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


Aprelin 23-26-da Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkətinin birgə təşkilatçılığı ilə III SOCAR Beynəlxalq Forumu keçiriləcək.
BANM-dən bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan “DOWNSTREAM Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı, neft-kimya” adlı forum Xəzər regionunun neft təqvimində ən mühüm hadisələrdən biri olacaq. Forumda dünyanın 20-dək ölkəsindən 250-dən çox iştirakçı və 45-dən çox məruzəçi iştirak edəcək.
Forumun məqsədi Xəzər və Mərkəzi Asiya regionunda karbohidrogen ehtiyatlarının emalı, satışı və ixracı məsələləri üzrə ən son tendensiyalar və inkişaf perspektivlərinin təhlil edilməsidir. Forum, həmçinin neft-qaz sənayesinin inkişafının əsas istiqamətləri haqqında strateji qərarlar vermək və gündəlik əməliyyatlar aparmaq üçün praktiki informasiyaların əldə edilməsinə imkan yaradan unikal platformadır.
Üç gün davam edəcək forumun ilk günü dünya neft-qaz bazarı, Xəzər və Mərkəzi Asiya bazarı, nəqliyyat infrastrukturuna, ikinci günü neft emalı, neft və neft-kimya məhsullarının ticarəti, üçüncü günü isə neft-kimya bazarı, neftayırma zavodları və neft-kimya üçün texnologiyalara həsr olunacaq. Üç günlük tədbir bitdikdən sonra isə aprelin 26-da tədbir iştirakçıları üçün texniki səfərlər təşkil olunacaq.
Forumda iştirak edəcək şirkətlər arasında dövlət idarə və müəssisələri, neft-qaz şirkətləri (treyderlər, NEZ və neftçıxarma), nəqliyyat şirkətləri (limanlar, terminallar, boru kəmərləri və ekspeditorlar), banklar, hüquq və konsaltinq şirkətləri və avadanlıq istehsalçıları, yeni texnologiyalar hazırlayan müəssisələr olacaq.
Qeyd edək ki, ənənəvi olaraq artıq üçüncü ildir ki, keçirilən forumda ötən il İsveçrə, Türkiyə, Latviya, Litva, Danimarka, Belçika, Fransa, Avstriya, Almaniya, Böyük Britaniya, BƏƏ, ABŞ, Venesuela, Çin, həmçinin Mərkəzi Asiya və MDB ölkələrindən neft-qaz sektorunun nazirliklərinin və transmilli neft-qaz şirkətlərinin rəhbər nümayəndələri iştirak edib.
Forum haqqında əlavə məlumatı http://socarforum.com saytından almaq mümkündür.




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edib
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb
20.02.2019
Körpəyə vitamin vermək olar?
20.02.2019
“Cəmiyyətin səsi” layihəsinin I mərhələsi başa çatıb
20.02.2019
Min bir dərdin dərmanı - yaşıl çay

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info