“Mossad”ın keçmiş şefi: “Ərəb baharı”na kimi kəşfiyyat orqanları sosial şəbəkələrə o qədər də böyük önəm vermirdi”
Tarix: 17.04.2018 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


General-mayor Dani Yatom: “Yaxın Şərq strateji məntəqədir, ABŞ burada təsirini itirərsə, qlobal səviyyədə zəifləyəcək”

“ABŞ kütləvi şəkildə səhvlər buraxıb. ABŞ İraqdakı müharibədən sonra bu ölkənin ordusunu dağıtdı. Ordu sıralarında olan 100 min hərbçi birdən-birə küçəyə atıldı. Onların bir çoxu isə terror təşkilatlarına qoşularaq amerikalılara qarşı savaşa başladı. Vaşinqtonun bu səhvi əvvəlcə “Əl Kaida”nı, sonra isə “İŞİD”-in güclənməsini təmin etdi”

Aprelin 17-nə keçən gecə Suriyanın Hüms əyalətindəki “Şayrat” aviabazası və Dəməşqdən 50 km şimalda yerləşən Dümeyr aerodromuna raket zərbələri endirilib. TASS agentliyinin xəbərinə görə, Suriyanın havadan müdafiə sistemləri “Şayrat” aviabazasına atılan 6 raketi vurub. Daha 3 raket Dümeyrə çatmamış vurulub. “Al Masdar” portalının məlumatına əsasən, zərbələr Suriyaya Livan ərazisindən daxil olan İsrail Hərbi-Hava Qüvvələrinin təyyarələri tərəfindən endirilib. Məlumat rəsmi olaraq Suriya hökuməti tərəfindən təsdiqlənməyib. İlkin məlumata görə, insident nəticəsində ölən və yaralanan yoxdur. “Al-Masdar”ın digər məlumatına əsasən, Suriya havadan müdafiə sistemləri ölkənin hava məkanını pozan hərbi təyyarələr istiqamətində bir neçə raket buraxıb. İsrail Müdafiə Ordusunun Suriyada aviabazaya hücuma dair məlumatı yoxdur.
Bu barədə TASS agentliyinə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildiriblər: “Suriyadakı hücuma dair heç bir məlumatımız yoxdur”. ABŞ isə hazırda Suriyanın Hüms əyalətində hər hansı hərbi əməliyyat aparmadığını açıqlayıb. Pentaqon nümayəndəsi Erik Pahon bildirib: “Hazırda həmin ərazidə hər hansı hərbi əməliyyat aparılmır”. Amma İsrailin kəşfiyyat xidməti olan “Mossad”ın keçmiş rəhbəri, general-mayor Dani Yatom “Qazeta.ru”ya verdiyi müsahibədə dolayı yolla hücum faktını təsdiqləyib. Kəşfiyyat xidmətinin keçmiş şefi bildirib ki, hazırda heç kim Suriyada böyük müharibə ehtimalını istisna edə bilməz: “Tərəflərdən heç biri, hətta İran belə, böyük müharibənin olmasını istəmir. Amma situasiyanı nəzərə alanda vəziyyətin daha da pisləşməsi ehtimalı çoxdur. Əgər İran Suriyada iştirakını artırmaqda davam edərsə, biz onların mövqelərinə və infrastrukturuna hücum etməkdə davam edəcəyik ki, bu da sonda müharibə ilə nəticələnə bilər. İran raketlərdən, “Həmas” və “Hizbullah”ın qüvvələrindən istifadə edə bilər. Belə olan halda, İsrail sakit qalmayacaq və preventiv zərbələr endirəcək. Quru qoşun qüvvələrinin bu əməliyyatlarda iştirakı ilə bağlı heç nə deyə bilmərəm. Şəxsən mən bunun əleyhinəyəm. Çünki Livan ərazisi quru qüvvələrin, hərbi texnikanın hərəkəti üçün çox çətin şəraitə sahibdir. Amma onu bildirim ki, lazım gələrsə, biz “Hizbullah”ın su ehtiyatının toplandığı bazaları vura bilərik. Biz ruslarda heç bir toqquşmanın olmasını istəmirik. Amma İranın bizə qarşı infrastruktur yaratmasına imkan verə bilmərik. Əgər Hollan təpələrində yeni cəbhə açılarsa, bu, bizim müdafiə situasiyamızı çətinləşdirə bilər”. “Mossad” eks-şefi İranın Aralıq dənizinə çıxış axtardığını da qeyd edib. Suriyanın vahid dövlət halında qalacağına inanmadığını deyən general ABŞ-ın bölgədə çoxlu səhvlərə yol verdiyini bildirib: “ABŞ kütləvi şəkildə səhvlər buraxıb. ABŞ İraqdakı müharibədən sonra bu ölkənin ordusunu dağıtdı. Ordu sıralarında olan 100 min hərbçi birdən-birə küçəyə atıldı. Onların bir çoxu isə terror təşkilatlarına qoşularaq amerikalılara qarşı savaşa başladı. Birləşmiş Ştatlar bunu etmək əvəzinə, generaliteti dəyişdirib, hərbçilərin toxunulmazlığını təmin etməli idi. Vaşinqtonun bu səhvi əvvəlcə “Əl Qaidə”ni, sonra isə “İŞİD”-in güclənməsini təmin etdi. ABŞ-ın ikinci böyük səhvi Obama dönəmindən başlayan, bu gün Tramp tərəfindən davam etdirilən Yaxın Şərqi tərk etmək strategiyasıdır. Yaxın Şərq strateji məntəqədir, ABŞ burada təsirini itirərsə, qlobal səviyyədə zəifləyəcək. Bu isə Rusiya üçün sərfəlidir. Yaxın Şərq ölkələrinin Qərbyönümlü deyil, Rusiyayönümlü olması ABŞ-ın maraqlarının əleyhinədir”. Kəşfiyyat xidmətinin keçmiş rəisi bildirib ki, İsrail Bəşər Əsədin atası Hafiz Əsədin dövründə Suriya ilə sülh müqaviləsi imzalamağa yaxın olub: “Biz Hafiz Əsədin dövründə danışıqlara başladıq. Mən Vaşinqtonda Suriya Baş Qərargah rəhbəri ilə danışıqlar aparırdım. Sonra bu danışıqlar Bəşər Əsədlə davam etdirildi. Əsəd o qədər də əmin deyildi. Amma biz sülh müqaviləsi imzalamağa çox yaxın idik. Amma danışıqlar və orada olan mövqelərlə bağlı sənədin ictimaiyyətə açıqlanması prosesi pozdu. Ümumi baxdıqda isə 2010-cu ildə Yaxın Şərqdə başlayan “ərəb baharı” sülh prosesini məhv etdi. Bu proses, suriyalılar, misirlilər, israillilər üçün sürpriz oldu. Heç kim prosesin belə olacağını gözləmirdi. Kəşfiyyat orqanları sosial şəbəkələrə o qədər də böyük önəm vermirdilər. Əgər siz Hüsnü Mübarəkin devrilməsindən bir həftə əvvəl bizim əməkdaşlardan vəziyyəti soruşsaydınız, sizə deyəcəkdilər ki, o, güclü liderdir, onun güclü partiyası və ordusu var”.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Ermənistanın üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi təmin edilməlidir
17.10.2018
Beynəlxalq ictimaiyyət Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
15.10.2018
“Ermənistanın yeni hökuməti idarəçiliyə peşəkarları cəlb etmir”
08.10.2018
Ermənistanda maaş və pensiyalarda heç bir artım gözlənilmir
05.10.2018
Cocuq Mərcanlıda istehsal olunacaq suvenirlər ölkəmizlə yanaşı, xaricdə də satışa çıxarılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10300

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info