Türkiyənin “Ülke TV” kanalı Azərbaycan haqqında reportaj yayımlayıb
Tarix: 18.04.2018 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Türkiyənin “Ülke TV” kanalı Azərbaycan haqqında reportaj yayımlayıb. Kanalın Azərbaycanda olan müxbirləri hazırladıqları reportajda Türkiyə ictimaiyyətinə ölkəmizin tarixi, mədəniyyəti, xalqımızın adət-ənənələri haqqında ətraflı məlumat verirlər. Qardaş ölkələr olan Azərbaycanın və Türkiyənin bir millət, iki dövlət olduğu bildirilir. Paytaxt Bakı şəhərinin müxtəlif görməli yerlərində olan türkiyəli müxbirlər tarixi abidələrin, qədim və müasir tikililərin, təmiz küçələrin, parkların, geniş yolların şəhərə xüsusi gözəllik verdiyini bildirirlər. Dağüstü parkdan şəhərin mənzərəsinin xüsusilə gözəl göründüyü vurğulanan reportajda Azərbaycan paytaxtının müasirliyin və qədimliyin sintezi olduğu diqqətə çatdırılır. Reportajda Bakının əsrarəngiz gecə görüntüsünə malik olduğu da vurğulanır, bu şəhərə gəlmək istəyənlərə Heydər Əliyev Mərkəzinin qeyri-adi gözəl binasını mütləq ziyarət etmək tövsiyə olunur. İçərişəhərdən geniş bəhs edilən reportajda Bakı sakinlərinin və qonaqların fikirlərinə də yer verilir. İnsanları heyran edən İçərişəhərin Şirvanşahlar Sarayı Kompleksi və Qız qalası ilə birgə UNESCO-nun Dünya İrs Siyahısına daxil edildiyi bildirilir. İçərişəhəri ziyarət edən turistləri qədim tarixə səyahət gözlədiyi diqqətə çatdırılır.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info