Avropa və Mərkəzi Asiyada Kredit Məlumatları Təchizatçıları Assosiasiyası təsis edilib
Tarix: 18.04.2018 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Bakıda Avropa və Mərkəzi Asiyada Kredit Məlumatları Təchizatçıları Assosiasiyası rəsmən təsis edilib. Qurumun təsis olunması ilə bağlı sənəd Dünya Bankı Qrupu və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə təşkil etdikləri konfrans çərçivəsində həyata keçirilib. Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov bildirib ki, 8 ölkə - Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ukrayna və Özbəkistanı təmsil edən kredit reyestrləri və büroları yeni assosiasiyanın üzvləri olub. Daha bir neçə ölkənin də bu quruma qoşulacağı gözlənilir. Dünya Bankı Qrupunun həyata keçirdiyi Azərbaycan–Mərkəzi Asiya Maliyyə İnfrastrukturu Layihəsi yeni assosiasiyanın yaradılması üçün məsləhətçi xidmətləri göstərəcək risk idarəetməsi metodologiyalarını təkmilləşdirmək və təcrübə mübadiləsi aparmaq yolu ilə regionda maliyyə infrastrukturunun möhkəmləndirilməsinə yardım edir. Layihə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilir. Müvafiq sahələrdə təcrübə mübadiləsi kredit hesabatlığı sistemləri yaxşılaşdırmağa və özəl kredit bürolarının inkişafına, eləcə də maliyyə əlçatanlığını artırmağa kömək edəcək. İsveçrə Əməkdaşlıq Təşkilatının (SCO) Cənubi Qafqaz üzrə regional direktorunun müavini Simone Haeberli Avropa və Mərkəzi Asiyada Kredit Məlumatları Təchizatçıları Assosiasiyasının təsis edilməsinin üzv ölkələr üçün böyük önəm daşıdığını qeyd edib. Nəzərə çatdırılıb ki, kredit büroları tərəfindən veriləcək kreditlərin kiçik və orta sahibkarlığın inkişafında, ölkəyə müasir texnologiyaların gətirilməsi və yeni iş yerlərinin yaradılmasında əhəmiyyətli rol oynayacaq. Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycandakı daimi nümayəndəsi Aliyə Əzimova bildirib ki, səmərəli kredit məlumatları mübadiləsi sistemləri kredit fəaliyyətini təşviq edərək və özəl sektorun inkişafını dəstəkləyərək, uzun müddətdə işsizlik və iqtisadi artımın yavaşıması kimi problemlərin həllinə yardımçı olurlar. Azərbaycanın 1995-ci ildən etibarən Beynəlxalq Maliyyə Korporasiyasının üzvü olduğunu söyləyən A.Əzimova qeyd edib ki, ötən dövr ərzində IFC Azərbaycanın maliyyə xidmətləri, infrastruktur və sənaye kimi bir sıra iqtisadi sahələrində icra edilmiş 56 uzunmüddətli layihəyə 473 milyon dollar məbləğində yatırımlar edib. Bundan əlavə, IFC Azərbaycanda ticarətin maliyyələşdirilməsi proqramı vasitəsilə 100 milyon dollar civarında ticarət dövriyyəsini dəstəkləyib. Bakı-Tbilisi-Ceyhan kəmərinin inşa edilməsinə 250 milyon dollar ayırıb. IFC, həmçinin özəl bölmənin inkişafını dəstəkləmək məqsədilə müxtəlif məsləhətçi xidmətləri layihələri icra edib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info