İqtisadiyyatda şəffaflıq və nağdsız ödənişlərin payı sürətlə artacaq
Tarix: 18.04.2018 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


2025-ci ilədək Azərbaycanda iqtisadi inkişaf sürətlənəcək, hətta ən ucqar yaşayış məntəqələri də "elektron təhsil", "elektron səhiyyə", "elektron ticarət" kimi xidmətlərlə təmin olunacaq
Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının və maliyyə nəzarət qurumlarının, həmçinin Türkiyə, Gürcüstan, Rusiya və digər MDB ölkələrinin, habelə Avropa, Çin maliyyə texnologiyaları şirkətlərinin rəhbər şəxslərinin iştirakı ilə Bakıda "Rəqəmsal bankçılıq və təhlükəsizlik" mövzusunda "I MDB Beynəlxalq bankçılıq sərgi-konfransı" işə başlayıb. Konfrans maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsinin tədbirlər planına uyğun olaraq bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərə dəstək məqsədi daşıyır. Tədbirdə 22 ölkədən 100-ə yaxın şirkət iştirak edir. “PAŞA Bank”ın idarə heyətinin sədri Taleh Kazımov bildirib ki, təmsil etdiyi bankın müştərilərinin 84 faizi ödənişləri valyuta ilə edir və bu, yaxşı göstəricidir. Növbəti üç il ərzində bank bu göstəricini 90 faizədək artırmaq niyyətindədir: "Biz həm də müştərilərlə aparılan əməliyyatları 90 faizə çatdırmaq istəyirik. Biz artıq “IPBM” şirkəti ilə rəqəmsal laboratoriya yaratmışıq. Artıq yerli işçilərdən ibarət işçi heyəti yaratmışıq ki, bu layihəni həyata keçirək". "AccessBank”ın rəqəmsal bankçılıq üzrə icraçı direktoru Səbinə Qurbanova bildirib ki, Milli iqtisadiyyata dair Strateji Yol Xəritəsinə əsasən, iqtisadiyyatda şəffaflıq və nağdsız ödənişlərin payı sürətlə artacaq: “Proqnozlara görə, 2025-ci ilədək Azərbaycanda iqtisadi inkişaf sürətlənəcək, hətta ən ucqar yaşayış məntəqələri də "elektron təhsil", "elektron səhiyyə", "elektron kommersiya (ticarət)" kimi xidmətlərlə təmin olunacaq. Başqa sözlə, dövlət idarəetməsinin rəqəmsallaşması biznesin aparılması nöqteyi-nəzərdən şəffaflığı və effektivliyi artıracaq. Elektron xidmətlərin genişləndirilməsi Azərbaycanda biznes mühitinin beynəlxalq səviyyəyə qalxmasına zəmin yaradacaq. Bu baxımdan, qeyd etmək istərdim ki, dövlət qurumları bu istiqamətdə bir sıra addımlar atıblar. Nağdsız əməliyyatların aparılması sahəsində qanunvericiliyə edilən sonuncu dəyişikliklər bunun bariz nümunəsidir. Belə ki, hüquqi şəxslər və digərləri öz fəaliyyətini bank hesabları üzərindən həyata keçirir. Nağdsız ödənişlərin, əsasən, onlayn bankçılıq fəaliyyəti ilə bağlı olmasını nəzərə alsaq, biz rəqəmsallaşma üzərində köklənməliyik”. "UnionPay International" şirkətinin Mərkəzi Asiya və Qafqaz regionu ofisinin baş meneceri Zhang Çengdong təmsil etdiyi şirkət haqqında məlumat verib. Diqqətə çatdırıb ki, 2016-cı ildən Azərbaycan bazarında fəaliyyət göstərən şirkət "AtaBank", Azərbaycan Beynəlxalq Bankı ilə işləyir. İlin sonuna bazar payımızın əhəmiyyətli dərəcədə artırılması gözlənilir. Həmçinin ilin sonuna şirkətin yerli kartları bazara çıxacaq. Azərbaycan bazarındakı payımıza gəldikdə isə, bunu zaman göstərəcək. Konfransda maliyyə xidmətləri şirkətlərinin yeni innovativ təqdimatları olacaq.
Anar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info