“Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı yeni qaydalar hazırlanıb
Tarix: 18.04.2018 | Saat: 00:58:00 | E-mail | Çapa göndər


İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə “Made in Azerbaijan” brendinin təşviqi mexanizmləri ilə bağlı seminar keçirilib. İxracatçılar Klubu çərçivəsində keçirilmiş tədbirdə 100-ə yaxın sahibkar iştirak edib. AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev İxracatçılar Klubunun Azərbaycan məhsullarının xarici bazarlara ixrac edilməsində istehsalçılara dəstək göstərmək və ixracatçılar arasında daimi ünsiyyət platformasını formalaşdırmaq məqsədilə yaradıldığını qeyd edib, İxracatçılar Klubuna üzv olan şirkətlərə İqtisadiyyat Nazirliyi, eləcə də AZPROMO tərəfindən göstərilən dəstək mexanizmləri barədə məlumat verib. Bildirilib ki, rəqabətqabliyyətli məhsul istehsalı, ixracın diversifikasiyası, qeyri-neft məhsullarının ixrac həcminin genişləndirilməsi qarşıda duran prioritet vəzifələrdəndir. Bu məqsədlə ölkəmizdə qeyri-neft sektorunun ixrac imkanlarının genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində 2017-ci ildə görülmüş işlər və 2018-ci ildə reallaşdırılacaq tədbirlər diqqətə çatdırılıb. Seminarda AZPROMO-nun İxracın Təşviqi Departamentinin direktoru Fuad Cəfərovun “Made in Azerbaijan” brendinin təşviqi mexanizmləri ilə bağlı yeni qaydalar” mövzusunda təqdimatı dinlənilib. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.05.2019
Ötən ay rabitə, poçt və kuryer xidmətlərinin qiymətləri dəyişməyib
18.05.2019
Moody`s: Davam edən islahatlar Azərbaycanın xalis kredit mövqelərini daha da gücləndirəcək
18.05.2019
Ölkə başçısının müvafiq Fərmanı üzrə 300-dək vətəndaşa mənzil üzərində çıxarışlar verilib
18.05.2019
Daşkəsən arıçılarına subsidiya verilib
18.05.2019
Bu il 15 rayonda pambıq əkilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info