“İlham Əliyevin yenidən prezident seçilməsi sabitlik və inkişaf üçün müsbət bir haldır“
Tarix: 18.04.2018 | Saat: 14:05:00 | E-mail | Çapa göndər



Azərbaycanın ABŞ-dakı Səfirliyində nüfuzlu Donald Ramsfeld Fondunun (Rumsfeld Foundation) Mərkəzi Asiya, Cənubi Qafqaz, Əfqanıstan və Monqolustan ölkələri əhatə edən proqramı çərçivəsində sözügüdən dövlətlərin nümayəndələrinin iştirakı ilə tədbir təşkil olunub.
Səfirlikdən APA-ya verilən xəbərə görə, tədbirdə diplomatik korpus, eləcə də ABŞ Administrasiya rəsmiləri, Vaşinqtonun analitik mərkəzlərinin nümayəndələri, Dövlət Departamentinin Qafqaz və Regional Münaqişələr ofisinin direktoru Alisia Allison, ATƏT-in Minsk qrupunun Amerikalı həmsədri Endryu Şofer, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta, Ramsfeld Fondunun icraçı direktoru Sara Tonuçi və digərləri iştirak edib
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxışında Ramsfeld Fondunun proqramında iştirak edən nümayəndələrin səfirliyə gəlişinin ənənəyə çevrildiyini müsbət məqam kimi qeyd edib. Səfir Heydər Əliyevin region çərçivəsində əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirib və Azərbaycanın indiki siyasətinin irimiqyaslı layihələr həyata keçirməklə həm özünün, həm də qonşu ölkələrin rifahına töhfə verməkdən ibarət olduğunu diqqətə çatdırıb. Eyni zamanda ölkəmizin təşəbbüsü ilə Azərbaycan, Gürcüstan, Mərkəzi Asiya, Xəzər dənizi və Qara dəniz regionlarını birləşdirən nəhəng neft-qaz və nəqliyyat layihələrinin regiondaxili əməkdaşlıq və bu ölkələrin rifahının və müstəqilliyinin gücləndirilməsi baxımından vacib olduğu vurğulayıb.
Səfir qeyd edib ki, D.Ramsfeld ABŞ Müdafiə Katibi vəzifəsində işləyərkən regionun strateji əhəmiyyətini anlamış, regionla sıx əməkdaşlıq edib və Azərbaycanla ABŞ arasında münasibətlərin inkişafına töhfə verib.
Azərbaycanın 100 il öncə müsəlman dünyasında ilk demokratik respublikası yaratması təcrübəsi bütün region üçün faydalı təcrübə olduğunu qeyd edən səfir xalqlarımızın bir-birimizin təcrübəsindən öyrənilməsini vacib olduğunu və bu xüsusda, Ramsfeld Fondunun bu ilki regional konfransın məhz Bakıda keçirilməsi əhəmiyyətli olduğunu vurğulayıb.
R. Sekuta öz çıxışında qeyd edib ki, bu yaxınlarda Azərbaycanda prezident seçkilərinin keçirilməsi və İlham Əliyevin yenidən prezident seçilməsi sabitlik və inkişaf üçün müsbət bir haldır və ölkəmizlə tərəfdaşlığı irəli aparmaq və əməkdaşlıq üçün yeni imkanların yaradır. Səfir Sekuta bu il Azərbaycan Demokratik Respublikasının 100 illiyinin qeyd olunduğunu və Azərbaycanla ABŞ arasında münasibətlərin keçmiş 26 ili ərzində bir çox işlər görüldüyünü deyib və prezident seçkilərindən sonra yaranmış imkanlardan istifadə edərək əməkdaşlığın yeni mərhələyə çatdırılması və daha da genişləndirilməsinə ümidini bildirib.
Ramsfeld Fondunun proqramı iştirakçıları adından çıxış edən Azərbaycan nümayəndəsi Sərxan Həşimov Ramsfeld Fonduna və Azərbaycan Səfirliyinə minnətdarlığını bildirərək, regional əməkdaşlığın olduqca vacib olduğunu və Azərbaycanın regionnun lideri olaraq dost və tərəfdaş xalqları ilə birlikdə gələcəyə ümidlə baxmasını qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info