Qazax-Cəfərli avtomobil yolunun yenidən qurulması yekunlaşır
Tarix: 18.04.2018 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


Bu il reallaşdırılması nəzərdə tutulan 100-dən artıq yol infrastrukturu layihəsindən 63-ü kənd və qəsəbələri əhatə edən yolların yenidən qurulmasıdır



Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qazax-Cəfərli avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir.
 
Agentlikdən verilən məlumata görə, bu il reallaşdırılması nəzərdə tutulan 100-dən artıq yol infrastrukturu layihəsindən 63-ü kənd və qəsəbələri əhatə edən yolların yenidən qurulmasıdır. Onlardan biri Qazax rayonu, respublika əhəmiyyətli Qazax-Uzuntala avtomobil yolunun 7-ci km-dən ayrılan Cəfərli kəndinin yoludur.
 
7 km uzunluğa malik Cəfərli  avtomobil yolu  qara örtüklü olmaqla III texniki dərəcəlidir. Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismarda olduğundan qara qırmadaş  örtük bəzi yerlərdə dağılmış, yolun hərəkət hissəsində qabarmalar, çökmələr və çoxlu sayda çalalar əmələ gəlmişdi. Məhz yolda uzun illər yaşanan bu problemi aradan qaldırmaq üçün Dövlət Agentliyi tərəfindən təxirəsalınmaz təmir-tikinti tədbirlərin icrasına başlanılıb.
 
Layihəyə uyğun olaraq yolun qara qırmadaş  örtüyü sökülüb, əvəzinə yararlı qrunt yayılaraq kipləşdirilib və yeni yol yatağı inşa olunub. Texnoloji ardıcıllığa uyğun olaraq bunun ardınca zəruri materiallardan istifadə edilərək yolun əsasının alt və üst layı inşa olunub. Yol əsası hazır olan hissələrin asfaltlanması işlərinə də başlanılıb. Artıq Cəfərli yolunun yarısından çoxuna 2 laydan ibarət yeni asfalt-beton örtük döşənib. Ümumilikdə asfaltlanma işləri 50 min kvadrat metr sahədə aparılacaq.
 
Yağış sularının təsirindən yuyulmuş və istismara yararsız vəziyyətə düşmüş yolun çiyin hissələri optimal-çınqıl materialı ilə bərkidilib, avtoqreyderlə küvet hissələr açılıb. Bundan başqa yolun yatağının inşası zamanı başlıqları dağılmış 3 ədəd mövcud suötürücü boruların başlıqlarının monolit-betonla təmiri işləri aparılıb, zəruri olan yerdə daha 3 ədəd müxtəlif diametrli yeni dəmir-beton boru quraşdırılıb. Yol boyu yaşayan vətəndaşların öz pay torpaqlarında yetişdirdikləri məhsulları suvarmaq üçün yol altında salınan boruların əhəmiyyəti böyükdür.
 
Bundan başqa layihə çərçivəsində yolun 1-ci km-də yerləşən və uzunluğu 8 metr, eni 7 metr olan, həmçinin yolun 2-ci km-də yerləşən uzunluğu 36 metr, eni isə 5 metr  olan 1 aşırımlı dəmir-beton körpülərin məhəccərləri istismara yaramadığı üçün yenisi ilə əvəz olunacaq, 44 ədəd yeni yol nişanı, 300 ədəd siqnal dirəkləri quraşdırılacaq və 21 km uzunluğunda üfüqi nişanlanma xətləri çəkiləcək.
 
Görüləcək işlər bütün hərəkət iştirakçıları üçün rahat və təhlükəsiz yeni və müasir yol infrastrukturunun yaradılmasına imkan verəcək, yük və sərnişin daşımasının asanlaşmasına şərait yaradacaq. Ümumilikdə, 5 minə yaxın vətəndaşın sosial rifah halına müsbət təsir  göstərəcək yolun yenidən qurulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə aparılaraq yaxın müddətdə yekunlaşdırılacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
SOCAR yeni yanacaqdoldurma məntəqələri istifadəyə verəcək
18.06.2019
Dövlət Gömrük Komitəsi əməkdaşlarının maaşları artırıldı
18.06.2019
Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
18.06.2019
Ramil Usubov onu rəis təyin etdi
18.06.2019
“Bakı-Məşhəd” müntəzəm sərnişindaşıma marşrutu açılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10808

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info