“Armeniareport”: “Erməni xalqı artıq zülmdən və yalanlardan bezib”
Tarix: 18.04.2018 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


Ermənistanda məxməri inqilab başladı


Bir neçə gündür ki, Ermənistanda etiraz aksiyaları səngimək bilmir. Müxalifət Serj Sarkisyanın baş nazir postuna seçilməsinə etiraz edir. Artıq iş o yerə çatıb ki, aksiyaların genişləndiyini, xalqın da müxalif qüvvələrə dəstək göstərdiyini görən Ermənistan hakimiyyəti mitinq iştirakçılarına qarşı zor tətbiq etməyə və həbslərə başlayıb. Müxalif “Vətəndaş dialoqu” partiyasının lideri və parlamentin deputatı Nikol Paşinyan təkcə aprelin 17-də səhər saatlarında 30 tərəfdarının polis tərəfindən saxlanıldığını bildirib. Günün sonuna kimi isə Ermənistan polisinin mətbuat xidməti məlumat yaydı ki, bu rəqəm 80-ə qalxıb. O da bildirilir ki, müxalifətçilər polislə toqquşmalar zamanı həbs olunub. Həmçinin 46 nəfər nümayişçi polislə toqquşmalardan sonra xəstəxanalara yerləşdirilib. Onların içərisində 2 jurnalist-operator Sarkis Gevorqyan və Zaven Qriqoryan da var. Paşinyan, həmçinin həbs olunan şəxslərin dostlarına və qohumlarına polisə getməyərək paytaxt küçələrini və prospektlərini bağlamağa çağırıb. O həmçinin xalqı öz gələcək taleyinə biganə qalmamağa Serj Sarkisyanın parlament tərəfindən baş nazir seçilməsinə mane olmağa çağırıb.
Dünən Ermənistan KİV-ləri xəbər yayıb ki, paytaxt sakinləri bir neçə mərkəzi küçəni bağlayıblar. Mitinq iştirakçıları İrəvan sakinlərini təkcə paytaxtın mərkəzindəki deyil, rayonlarındakı küçələri də bağlamağa çağırıblar. Aksiya iştirakçıları daha çox Abovyan, Koryun və Teryan küçələrində fəallıq göstəriblər. Polisin küçənin hərəkətli hissəsini boşaltmaq tələbinə aksiya iştirakçıları məhəl qoymayıblar. Ermənistan parlamentinin deputatı, müxalif “Vətəndaş dialoqu” partiyasının lideri, sabiq prezident Serj Sarkisyanın baş nazir postuna namizədliyinə qarşı etiraz hərəkatına başçılıq edən Nikol Paşinyan respublikada “inqilabi vəziyyətin” yarandığını bildirib. Nikol Paşinyan bütün güc strukturlarının parlament qarşısına toplandığını bildirib.
“Ölkədə inqilabi vəziyyət yaranıb və mən qeyri-zorakı xalq məxməri inqilabının başladığını elan edirəm. Hər kəs küçələrə çıxmalı, nəqliyyatın hərəkətini dayandırmalı, dövlət binalarına girib piketlər keçirməlidir. Bütün bu hərəkətlər isə qeyri-zorakı olmalıdır, dinc itaətsizlik xarakteri daşımalıdır. Heç kimin də əmlakına zərər vurulmamalıdır”, - deyə Paşinyan əlavə edib. Bununla yanaşı, müxalifət lideri aksiya iştirakçılarının zorakılığı istisna etməli olduqlarını vurğulayıb.
Bu arada “Armeniareport” ölkə daxilində baş verən bu siyasi proseslərə həsr olunmuş maraqlı bir məqalə dərc edib. Məqalədə qeyd edilir ki, Ermənistan xalqı Sarkisyan klanına qarşı apardığı mübarizədə müxalifətdən istənilən dəstəyi görmür. Xalq Sarkisyana qarşı mübarizəni heç bir dəstək olmadan aparır. Məqalə müəllifi yazır ki, 2008-2011-ci illərdə erməni müxalifətinin passivliyi iqtidara qarşı mübarizəni yarımçıq qoydu. Hazırda davam edən etirazları xalqın mübarizəsi kimi qələmə verən müəllif erməni ictimaiyyətinin çəkinəcəyi heç bir gücün olmadığını vurğulayır. Bildirilir ki, Sarkisyan kimi Ermənistan müxalifətinin də qorxduğu və hesablaşdığı xarici qüvvələr var. Ermənistanı idarə edən bu xarici qüvvələr isə heç zaman erməni xalqının azadlığını istəməyiblər. Erməni xalqı artıq zülmdən və yalanlardan bezib. Serj Sarkisyan yalandan bəyan edir ki, guya Ermənistanın makroiqtisadi vəziyyəti sabitdir və xalqın rifahı yaxşılaşır. Ancaq reallığa baxdıqda ölkə aclıq və səfalət içindədir.Müəllif yazır ki, bu gün bütün dünyanın diqqəti Suriyadadır. Beynəlxalq ictimaiyyət Ermənistana diqqət yetirsə, burada vəziyyətin Yaxın Şərqdəkindən də ağır olduğunu görər. Ermənistan böyük bir uçuruma gedir.

“Ermənistanda qanunsuzluq baş alıb gedir və biz bunun davam etməsinə göz yuma bilmərik. Ölkəni korrupsiyanın içində boğan bir şəxsin yenidən hakimiyyətə gəlməsinə icazə verməyəcəyik”

Dünya mətbuatı da Ermənistanda baş verən olayları xalqın hakimiyyətə qarşı olan aqressiyasının pik həddi kimi dəyərləndirir. Buna misal olaraq İspaniyanın “El Periodico” qəzetində kütləvi etiraz aksiyaları barədə məqaləni göstərmək olar.
Məqalədə bildirilir ki, minlərlə erməni Yerevan küçələrində toplaşaraq etiraz edir. Etiraza səbəb prezident Serj Sarkisyanın ölkənin baş naziri postuna namizədliyinin irəli sürülməsidir. Qəzet yazır ki, prezidentlik müddəti başa çatan Serj Sarkisyan hakimiyyəti əlində saxlamaq üçün baş nazir vəzifəsinə iddia edir. Ermənistan xalqı isə buna etiraz edir. Mitinqlər səbəbindən paytaxt yollarında güclü tıxaclar, metronun işində gecikmələr yaranıb.
Məqalədə etiraz aksiyasının iştirakçılarından fikirlərə də yer verilir: “Ermənistanda qanunsuzluq baş alıb gedir və biz bunun davam etməsinə göz yuma bilmərik. Ölkəni korrupsiyanın içində boğan bir şəxsin yenidən hakimiyyətə gəlməsinə icazə verməyəcəyik”.
Bütün bu narazılıqlara baxmayaraq, xalqın iradəsinin əksinə addım ataraq Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan ölkənin baş naziri olub. Parlamentdə hökumət başçısı seçkisi onun xeyrinə başa çatıb.
S.Sarkisyan bu vəzifəyə yeganə namizəd olub və seçki alternativsiz şəraitdə baş tutub. Onun namizədliyini parlamentdə 58 deputatı olan Respublikaçılar Partiyası və qanunverici orqanda 7 deputatla təmsil olunan “Daşnaksütyun” Partiyasından ibarət koalisiya irəli sürüb.
Parlamentdə 9 deputatla təmsil olunan və Nikol Paşinyanın başçılıq etdiyi “Çıxış” müxalifət bloku isə baş nazir seçkilərini boykot edib və səsverməyə qatılmayıb. Qanunverici orqanda müzakirə və səsvermə keçirilərkən müxalif deputatlar öz tərəfdarları ilə birlikdə Yerevanda S.Sarkisyanın baş nazir olmasına qarşı etiraz aksiyası keçiriblər. Amma müxalifətin mövqeyi nəzərə alınmayıb.
Parlamentin 105 deputatından əksəriyyətinin dəstəyini alan S.Sarkisyan baş nazir olub. Səsvermədə iştirak edən deputatlardan 77-si Sarkisyanın lehinə, 17-si isə əleyhinə səs verib.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info