786 nəfər şəxsi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib
Tarix: 18.04.2018 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


İşçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılması tədbirlərinin davamı olaraq, bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 786 nəfər şəxsi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib.
 
Nazirlikdən verilən məlumata görə, həmin vətəndaşlardan 750 nəfəri əvvəllər peşə və ya ixtisasları olmayan, yaxud peşə vərdişlərinə uyğun gələn iş tapılmayan şəxslər olduğundan Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə onlar üçün əmək bazarında rəqabət qabiliyyətli peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub. Peşə tədrisində  ənənəvi təlim üsulları ilə yanaşı, modul təlim proqramları da tətbiq olunur ki, bu da müvafiq peşələrin daha asan və nəzəri biliklərlə yanaşı, praktik bacarıqların aşılanması yolu ilə qısa müddətdə öyrədilməsinə imkan yaradır.
 
Son üç ayda 36 nəfər sağlamlıq imkanları məhdud gənc isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə peşə təliminə qəbul olunub. Mərkəzdə təlimə qəbul edilən gənclər burada dövlət hesabına yataqxana və yeməklə, tibbi-fizioterapevtik xidmətlə də təmin olunur və sosial reabilitasiya yönümülü tədbirlərə cəlb olunurlar.
Peşə hazırlığı və əlavə təhsil kurslarını bitirən bütün şəxslərə peşə sertifikatları da təqdim edilir və onların yeni peşələri üzrə məşğulluğunun təminatı üçün müvafiq işlər aparılır.
 
"Yaxın gələcəkdə əmək bazarına daxil olmağa hazırlaşan gənclərin əmək bazarına daha tez inteqrasiya olunmasında onların işəgötürənlərin tələblərinə uyğun düzgün peşə və ixtisas seçimi mühüm rol oynayır. Gənclərə bu sahədə köməklik göstərilməsi üçün Dövlət Məşğulluq Xidməti tərəfindən peşəyönümü tədbirləri davam etdirilir. Yanvar-mart aylarında bu tədbirlərə əsasən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət 40 262 nəfər gənc cəlb olunub. Onlara mövcud əmək bazarı, işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri barədə məlumatlar, gələcəkdə uğurlu karyera qurmaları məqsədilə peşəyönümü məsləhətləri verilib", - deyə məlumatda vurğulanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info