Gəncədə Bayraq muzeyi yaradılacaq
Tarix: 18.04.2018 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


Bu il Gəncə şəhərində Bayraq muzeyinin tikintisinə başlanılacaq. Əzəmətli görkəmə malik olacaq Bayraq muzeyinin binası Gəncə çayının sol sahilində yeni salınan bulvarın girişində tikiləcək və hazırda çayın sağ sahilində yerləşən Dövlət bayrağı meydanı ilə üzbəüz olacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 2018-ci ilin birinci rübündə şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında məlumat verib.
Hesabat yığıncağında ictimaiyyət nümayəndələrinə hazırda Gəncə çayının sol sahilində görülən işlər və yaxın aylarda tikintisinə başlanılacaq bulvarın ümumi planı təqdim edilib.
Bildirilib ki, Bayraq muzeyi həm də Nizami prospektindəki “Xəmsə” kompleksi ilə qarşı-qarşıya yerləşəcək və bulvarda tikiləcək bir sıra sosial-mədəni xidmət obyektləri ilə yanaşı şəhərin bu hissəsini ən gözəl məkanlardan birinə çevirəcək.
Orijinal layihə əsasında inşa ediləcək muzey həm bulvarın sol sahilindəki, həm də sağ sahilindəki digər müasir tikililərlə ahəngdarlıq təşkil edəcək. Bayraq muzeyində zəngin dövlətçilik ənənələrinə malik Azərbaycanın keçdiyi çətin və şərəfli tarixi yol, ayrı-ayrı dövrlərdə ölkəmizdə yaranmış dövlətlərin, yaxud bölgəyə hakimlik edən imperiyaların siyasi xəritəsi, bayraqları və dövlət-pul nişanları nümayiş olunacaq.
Muzeydə 1918-ci il mayın 28-də yaradılmış və türk-müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin birinci paytaxtında - Gəncə şəhərində qəbul edilmiş dövlət atributları və nişanları, həmçinin ordu quruculuğu sahəsində görülmüş işlərə dair, eləcə də dövlət əhəmiyyətli digər tarixi arxiv sənədlərinin surətləri sərgilənəcək.
Bayraq muzeyində Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra qəbul olunan dövlət atributları, konstitusiya mətnləri, digər mühüm tarixi sənədlər, fotolar və milli geyimlər də nümayiş etdiriləcək.
Qeyd edək ki, Bayraq muzeyi 2012-ci ildən bəri Gəncə şəhərində tikilmiş altıncı muzey olacaq.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info