Samuxda modul tipli məktəb istifadəyə verilib
Tarix: 18.04.2018 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


Samux rayonunda ilk modul tipli məktəbin açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni modul tipli bina rayon mərkəzindən 70 kilometr aralıda yerləşən, Gürcüstan ilə həmsərhəd ucqar yaşayış məntəqələrindən olan Burunqovaq kənd ümumi orta məktəbi üçün nəzərdə tutulub.
Açılış mərasimində Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, rayon təhsil şöbəsinin müdiri Gülağa Hüseynov, məktəbin müəllim və şagird kollektivi, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri açan rayon icra hakimiyyətinin başçısı Alı Qocayev Azərbaycanda elmin və təhsilin inkişafı istiqamətində görülmüş işlərdən danışıb. Bildirilib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızın bütün bölgələrində olduğu kimi, Samux rayonunda da təhsilin inkişafı ilə bağlı mühüm layihələr həyata keçirilib.
Hazırda rayonda 35 ümumi təhsil məktəbinin fəaliyyət göstərdiyini deyən Alı Qocayev qeyd edib ki, son 5 ildə rayon üzrə 10 məktəb binası əsaslı təmir edilib, digər məktəblər isə lazımi inventarla təchiz olunub.
Çıxışında yeni modul tipli məktəblər haqqında məlumat verən Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynov deyib ki, bu tip məktəblərin üstünlüyü onların azməsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, ən əsası isə sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.
Qeyd edilib ki, 80 şagird yerlik olan Burunqovaq ümumi orta məktəbi 3 korpusdan ibarətdir. Məktəbdə tədris üçün 8 sinif otağı, 1 müəllimlər otağı və qarderob yaradılıb. Həmçinin məktəb lazımi inventar və tədris vasitələri ilə təchiz edilib. Hazırda məktəbdə 54 şagird təhsil alır.
Sonda çıxış edən müəllimlər və şagirdlərin valideynləri sərhədyanı ucqar kənd məktəbində yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info