Vyetnam universitetində mühazirə təşkil edilib
Tarix: 18.04.2018 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü ilə əlaqədar Vyetnamın Sosial və Humanitar Elmlər Universitetində mühazirə təşkil edilib.
Ölkəmizin Vyetnamdakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, universitetin professor və müəllim heyətinin, tələbələrin iştirak etdikləri tədbirdə səfir Anar İmanov 100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının tariximizdə qızıl hərflərlə yazıldığını bildirib.
Cümhuriyyətdən əvvəl və sonra cərəyan edən hadisələr haqqında müfəssəl məlumat verən səfir, müsəlman Şərqində ilk parlament respublikasının xalqımızın qədim dövlətçilik ənənələrini yaşatdığını deyib. Qeyd olunub ki, Cümhuriyyətin yaranması XIX əsrin sonu – XX əsrin əvvəllərində cərəyan edən mürəkkəb siyasi proseslərin və Azərbaycan xalqının milli oyanışının məntiqi nəticəsidir. Uzun illər müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı bir tərəfdən Şərq mədəniyyətini Avropanın demokratik dəyərləri ilə birləşdirən, digər tərəfdən isə dünyəvi və milli dəyərləri bir araya gətirən dövlət qurmağa nail olub.
Anar İmanov Cümhuriyyətin Şərqdə ilk dəfə olaraq qadınlara seçki hüququ verdiyini, habelə dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil və səhiyyə sahələrinin inkişafı istiqamətində əməli addımlar atdığını qeyd edib. Bildirilib ki, bugünkü müasir müstəqil dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.
Diplomat dövlətçiliyimizin möhkəmlənməsində əvəzolunmaz rolu olan ümummilli lider, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin müdrik siyasəti sayəsində ölkəmizin dağılmaqdan xilas olduğunu diqqətə çatdırıb. Görkəmli dövlət xadimi Heydər Əliyevin qəbul etdiyi qərarlar əsasında Azərbaycan vahid, qanuni, demokratik və dünyəvi dövlətin daha da güclənməsinə nail olub. Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizdə müxtəlif sahələrdə böyük uğurlar qazanılıb.
Bildirilib ki, Heydər Əliyevin əsasını qoyduğu siyasət 2018-ci il aprelin 11-də keçirilən prezident seçkisində xalqımızın böyük etimadını qazanaraq yenidən dövlət başçısı seçilən İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycan dünyanın aktiv və dinamik inkişaf edən ölkələrindən birinə çevrilib, həmçinin etibarlı tərəfdaş olaraq beynəlxalq aləmə inteqrasiya olunub.
Səfir A.İmanov Azərbaycan-Vyetnam əlaqələrindən bəhs edərək, ölkəmizin Vyetnam ilə hərtərəfli əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini deyib. Son illər iki ölkə arasında münasibətlər dinamik şəkildə inkişaf edir, dövlət başçısının qarşılıqlı səfərləri əlaqələrimizin keyfiyyətcə yeni müstəviyə çıxmasının bariz təzahürüdür.
Mühazirədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də söz açılıb. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, habelə digər nüfuzlu beynəlxalq təşkilatlarının qəbul etdiyi sənədlərin müddəaları Ermənistan tərəfindən yerinə yetirilmir. Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında mümkündür.
Mühazirə zamanı Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı foto və videomateriallar nümayiş etdirilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info