Qanunsuz beynəlxalq telefon danışığı təşkil edilməsinin qarşısı alınıb
Tarix: 04.06.2013 | Saat: 22:33:00 | E-mail | Çapa göndər


Azərbaycanda qanunsuz beynəlxalq telefon danışıqları təşkil etməkdə və kompyuter sisteminə müdaxilədə təqsirləndirilən şəxslər ifşa olunub. Milli Təhlükəsizlik Nazirliyinin İctimai əlaqələr mərkəzindən verilən məlumata görə, MTN tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq olmadan qanunsuz sahibkarlıq fəaliyyətinin göstərilməsi ilə külli miqdarda ziyan vurulması, eləcə də kompyuter sisteminə daxil olmaq hüququ olmadan mühafizə tədbirlərini pozmaqla qanunsuz daxil olma faktları üzrə hüquqazidd əməllərin qarşısı alınıb.
Məlumata görə, Azərbaycan Respublikasının vətəndaşı Rüstəmov Füzuli Kamal oğlu və qeyriləri qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və tələb olunan lisenziyanı almadan «Azerfon» MMC-nin mobil operator şəbəkəsində birtərəfli telefon danışıqları təşkil edən avadanlığa xüsusi texniki vasitələrlə qoşularaq icazəsiz beynəlxalq rabitə xidməti yaradıb külli miqdarda pul qazanmaq məqsədilə cinayət əlaqəsinə giriblər. Bundan sonra həmin şəxslər əldə etdikləri «GSM» kanalpaylayıcıları və digər texniki avadanlıqları Bakı şəhərinin Binəqədi rayonunda kirayə götürdükləri mənzildə quraşdırıblar. Dəstə üzvləri «Azerfon» MMC-yə məxsus «GSM» mobil telefon nömrələri həmin xüsusi texniki avadanlıqlara daxil etdikdən sonra internetə qoşularaq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin beynəlxalq avtomat telefon stansiyasında qeydiyyatdan keçmədən icazəsiz birtərəfli beynəlxalq telefon danışıqlarının ölkə rabitə şəbəkəsinə daxil olmasını təşkil ediblər. Göstərilən ünvana baxış keçirilərkən həmin avadanlıqlar işlək və şəbəkəyə qoşulmuş vəziyyətdə aşkar olunub. Kompleks əməliyyat tədbirləri çərçivəsində MTN tərəfindən eyni üsulla törədilmiş daha bir cinayətin qarşısı alınıb. Belə ki, istintaq sirri olduğundan adları hələlik göstərilməyən bir qrup şəxs tərəfindən Bakı şəhərinin Yasamal rayonunda müxtəlif ünvanlarda kirayə götürülmüş mənzillərdə «GSM» kanalpaylayıcılarının qanunsuz quraşdırılmasının və internetə qoşularaq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin beynəlxalq avtomat telefon stansiyasında qeydiyyatdan keçmədən icazəsiz birtərəfli beynəlxalq telefon danışıqlarının ölkə rabitə şəbəkəsinə daxil olmasının qarşısı alınıb. Həmin mənzillərə keçirilmiş baxışlar zamanı avadanlıqların işlək və şəbəkəyə qoşulmuş vəziyyətdə olduğu, həmçinin xüsusi qaydada hazırlanmış mikrosxemli platalı 6 ədəd kompyuter prosessoru, 6 ədəd modem və «Azerfon» MMC-yə məxsus 109 ədəd mobil telefon nömrəsinə dair məlumatlar aşkar edilərək sənədləşdirilib. MTN-in həyata keçirdiyi digər əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Pirməhəmmədi Rəfail Məhəmməd oğlu saxlanılıb. Müəyyən edilib ki, Rəfail Pirməhəmmədi kompyuter sisteminə daxil olmaq hüququ olmadan mühafizə tədbirlərini pozmaqla yaşadığı mənzildə quraşdırılmış telefon nömrəsi vasitəsilə internet şəbəkəsinə qoşulub «Atabank» ASC-nin «www.atacard.az» saytına, yəni həmin cəmiyyətin kompüter sisteminə qanunsuz olaraq qəsdən daxil olmuş və həmin saytın indeksini dəyişib. Rəfail Pirməhəmmədi qanunazidd əməllərini davam etdirərək yenidən internet şəbəkəsinə qoşulub «İqtisadiyyat» qəzetinin rəsmi internet səhifəsi «www.iqtisadiyyat.com»a, yəni qəzetin kompyuter sisteminə qanunsuz olaraq qəsdən daxil olub və həmin saytın da indeksini dəyişib. Rəfail Pirməhəmmədinin Sumqayıt şəhərindəki yaşadığı mənzilə keçirilmiş baxış nəticəsində «Sony» markalı 1 ədəd kompyuter sistem bloku, 1 ədəd 8 GB mikro SD kart, 2 ədəd 1GB mikro SD kard, üzərində «Xakerskiy sbornik luçşix proqramm» yazılmış 1 ədəd CD disk aşkar edilərək götürülüb. Həmin kompyuter sistem blokunun və SD disklərin yaddaşlarına keçirilmiş baxış nəticəsində Rəfail Pirməhəmmədinin göstərilən saytlara qanunsuz daxil olmasını təsdiq edən aşkar izlər müəyyən edilib. Faktlarla bağlı başlanılıb, cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyən olunması üçün zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
CAVİDAN




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info