Ümidləri gerçəkləşdirən balaca Ümid
Tarix: 18.04.2018 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində keçirilən beynəlxalq şahmat turnirində abşeronlu məktəbli Ümid Aslanov yarışın qalibləri sırasında yer alıb. O, Vətənə bürünc medalla qayıdıb.
Abşeron rayon İdman və Gənclər İdarəsinin rəisi Əsgər Əmirəliyev AZƏRTAC-a bildirib ki, turnirə 15 ölkədən 100-dək şahmatçı qatılıb. Yeddi oyuna çıxan 12 yaşlı Ümid bu qarşılaşmaların 5-də qələbə qazanıb. Bir oyunu heç-heçə başa vurub, birində isə məğlub olub.
Ümid 5 yaşından etibarən Azərbaycanda keçirilən turnirlərdə və çempionatlarda dəfələrlə birinci yer tutub. 2012-ci ildə - 6 yaşında qatıldığı ilk beynəlxalq turnirdən əliboş qayıtmayıb. O, Rumıniyada keçirilən dünya çempionatında yaşıdları arasında birinciliyi əldə etsə də, özündən bir yaş böyüklərə məğlub olub. Beləliklə, iştirak etdiyi ilk beynəlxalq yarışda 5-ci yerdə qərarlaşıb. Ümid Gürcüstan, Yunanıstan və Bolqarıstanda keçirilən beynəlxalq turnirlərdə fəxri kürsünün ən yüksək pillələrinə qalxmağı bacarıb. 2013-cü ildə Serbiyada 7 yaşlılar arasında qitə birinciliyində bütün rəqiblərinə qalib gələrək, Avropa çempionu olub. Bu uğurunu 2014-cü ildə də təkrarlayıb.
Xırdalan şəhərində anadan olan Ümid Aslanov şahmat fiqurlarına əvvəlcə oyuncaq kimi baxsa da, sonradan bu böyük oyunun sirlərini öyrənməyə maraq göstərib. Ona bu işdə atası yaxından kömək olub.
Ümid hazırda Xırdalan şəhər Şahmat Mərkəzində dərslərini davam etdirir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sumqayıtlı Messi “Beşiktaş”da
21.11.2018
UEFA Millətlər Liqası: Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlanıb
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info