Bakıda İƏT-in gənclər və idman nazirləri konfransının IV sessiyası keçirilir
Tarix: 18.04.2018 | Saat: 17:18:00 | E-mail | Çapa göndər


Azad Rəhimov: "Azərbaycan İslam ölkələrində gənclərin inkişafı üçün əlindən gələn bütün tədbirləri əsirgəmir”

"Azərbaycan İslam ölkələrində gənclərin inkişafı üçün əlindən gələn bütün tədbirləri əsirgəmir”

Bakıda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri gənclər və idman nazirləri konfransının IV sessiyası keçirilir.
 
Tədbir Azərbaycan Gənclər və İdman Nazirliyinin ev sahibliyi, İslam Əməkdaşlıq Təşkilatı, Dialoq və Əməkdaşlıq üzrə İslam Konfransı Gənclər Forumu (İƏT Gənclər Forumu) və İslam Həmrəyliyi və İdman Federasiyasının (İƏT İdman Federasiyası) birgə təşkilatçılığı ilə keçirilir.
 
Sessiya "Qurani-Kərim"dən ayələrin oxunuşu ilə başlayıb.
 
Sessiyanın əvvəlki Nazirlər Toplantısına rəhbərlik etmiş Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak konfransda sədrliyin Azərbaycana keçdiyini elan edib.
 
Bundan sonra İƏT gənclər və idman nazirləri konfransının növbəti 2 il üçün sədrliyi Azərbaycanın gənclər və idman nazirinin səlahiyyətlərini icra edən Azad Rəhimova təqdim olunub.
 
A. Rəhimov bildirib ki, Azərbaycan İƏT-lə əməkdaşlığa böyük önəm verir: "Azərbaycan İslam ölkələrində gənclərin inkişafı üçün əlindən gələn bütün tədbirləri əsirgəmir. Biz həm də dövlətlərarası əməkdaşlıqda gənclərin rolu ilə bağlı müxtəlif tədbirlər keçiririk. 2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi ili" elan olunub və elə həmin il ölkədə IV İslam Həmrəyliyi Oyunları keçirilib".
 
Toplantıda 40-a yaxın İƏT ölkəsini təmsil edən nümayəndə heyətlərində gənclər və idman üzrə nazirlər, dövlət agentliyi və komitə sədrləri, eləcə də aparıcı beynəlxalq təşkilat nümayəndələri iştirak edir.
 
Tədbir zamanı İƏT gənclər strategiyası, gənclər fəaliyyəti və idman üzrə qətnamələr, nazirlər görüşünün növbəti V sessiyasının tarixi və yerinin müəyyən olunması ilə bağlı qərarın və yekun Bakı bəyannaməsinin qəbul edilməsi gözlənilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10480

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info