ADPU-da professor-müəllim heyətinin seçkisi ilə bağlı müşavirə keçirilib
Tarix: 18.04.2018 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) professor-müəllim heyətinin seçkisi ilə bağlı müşavirə keçirilib. Müşavirədə ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, müvafiq şöbələrin müdirləri iştirak ediblər.
Müşavirəni giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbir iştirakçılarını İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib və dövlət başçımıza uğurlar arzulayıb. Qeyd edib ki, ADPU-da seçki yolu ilə müsabiqə keçirilməsi təcrübəsi var. Ötən il keçirilmiş müsabiqə belə deməyə əsas verir. Həmin müsabiqə ədalətli, şəffaf, obyektiv keçirilib və uğurla yekunlaşıb. Şəffaf, ədalətli və demokratik seçki prosesi tədrisin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır. Seçki ən layiqli namizədlərin seçilməsinə təmin edir. ADPU-nun bütün professor-müəllim heyəti bu prosesdən keçməlidir. Seçkidə sağlam və ədalətli rəqabət mühiti təmin edilməlidir. Seçkinin ədalətli və şəffaf keçirilməsində fakültə dekanlarının, kafedra müdirlərinin və fakültə elmi şuralarının üzərinə böyük məsuliyyət düşür.
Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov “ADPU-da professor-müəllim heyətinin seçkisi: qaydalar və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, ADPU-da vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması qaydaları öncədən universitetin rəsmi saytı olan adpu.edu.az saytında yerləşdirilib, həmçinin bu barədə sosial şəbəkələrdə geniş məlumatlar paylaşılıb. Bununla yanaşı, müsabiqənin keçirilməsi barədə “Azərbaycan müəllimi” qəzetinin 8 mart 2018-ci il tarixli sayında müvafiq elan dərc edilib. Aprelin 8-də müsabiqənin birinci mərhələsi-sənəd qəbulu mərhələsi başa çatıb. Müsabiqəyə 8 fakültədə 32 kafedra üzrə 124 vakant yer çıxarılıb. 387 nəfər sənəd verib. Seçki prosesi 3 ay davam edəcək və iyunun 8-də başa çatacaq. Builki seçki prosesi zamanı ötən il keçirilmiş seçki təcrübəsinin nəticələrinə əsaslanılmalı, ədalətli və şəffaf keçirilməli, mövcud qaydaların tələbələrinə uyğun təşkil edilməlidir. Fakültə dekanları, kafedra müdirləri seçki prosesinin şəffaf və obyektiv keçməsi üçün fəal iştirak etməlidirlər. Dosent E.Aslanov çıxışında vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması qaydaları, keçiriləcək açıq dərslər üçün müəyyən edilmiş meyarları barədə ətraflı məlumat verib.
Müşavirədə çıxış edən professor Asəf Zamanov, dosent Sənan Əliyev, professor Buludxan Xəlilov, dosent Şahin Pənahov, professor Əzizxan Tanrıverdiyev, professor İramin İsayev, professor Müseyib İlyasov, dosent Oqtay Alxasov, dosent Əli Zalov, dosent Rəcəb Əliyev, dosent Yaqut Rzayeva müsabiqənin keçirilməsini yüksək qiymətləndirərək öz fikir və təkliflərini bölüşüblər.
Rektor Cəfər Cəfərov müşavirəyə yekun vuraraq seçkinin qanun çərçivəsində, ədalətli və şəffaf keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info