Bu il Azərbaycanda 251 yeni xarici müəssisə yaradılıb
Tarix: 18.04.2018 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


 3 ayda qeyri-neft sektoruna 1,5 milyard manat yönəldilib


Bu ilin yanvar-mart aylarında Azərbaycanda 49 dövlət mülkiyyətli müəssisə, 3005 xüsusi mülkiyyətli müəssisə yaradılıb. 
Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, hesabat dövründə Azərbaycanda yaradılan xarici müəssisələrin (100% xarici investisiyalı) sayı 251 olub. 
Ötən üç ay ərzində 26 dövlət mülkiyyətli müəssisə, 124 xüsusi mülkiyyətli müəssisə, 12 xarici müəssisə ləğv olunub.
Bu il Azərbaycanda yeni yaradılmış müəssisə və təşkilatların sayı 3055, ləğv olunan müəssisə və təşkilatların sayı isə 150 olub. Ümumiyyətlə, 2018-ci il aprelin 1-nə Azərbaycanda fəaliyyət göstərən müəssisə və təşkilatların sayı 121325-dir. 
2018-ci ilin yanvar-mart ayları ərzində ləğv edilmiş müəssisə və təşkilatların 22,7%-i “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 16%-i “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 11,3%-i “Peşə, elmi və texniki fəaliyyət”, 8%-i “Emal sənayesi”, 6,7%-i “Tikinti” və “Dövlət idarəetməsi və müdafiə; sosial təminat” sahələrinin (hər birində), qalanları isə digər bölmələrin payına düşür. 
Bildirilib ki, bu dövrdə yeni yaradılmış müəssisə və təşkilatların 39,7%-i “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 17,2%-i “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 7,2%-i “Tikinti”, 6,9%-i “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, 6,4%-i “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, 5,3%-i “Peşə, elmi və texniki fəaliyyət” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.
Komitənin yaydığı məlumatda 2018-ci ilin I rübündə Azərbaycanda neft və qeyri-neft sektoruna yönəldilən vəsaitin həcmi də açıqlanıb. Yanvar-mart aylarında neft sektoruna 1 mlrd. 413 mln. manatlıq vəsait yönəldilib.
Qeyri-neft sektorunun inkişafına sərf edilmiş 1 mlrd. 456,2 mln. manatlıq vəsaitin 264 mln. manatı (ümumi sərmayənin 9,2%-i) qeyri-neft sənayesi sektorunda istifadə edilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info