“Azərbaycanda sabitliyin mövcudluğu turizm imkanlarını daha da genişləndirir”
Tarix: 04.06.2013 | Saat: 22:38:00 | E-mail | Çapa göndər


II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, Turizm Araşdırmaları Beynəlxalq Akademiyasının təsisçi prezidenti, “Turizm Tədqiqatları Salnaməsi” jurnalının təsisçisi, Turizm Ensiklopediyasının baş redaktoru, Ümumdünya Turizm Təşkilatının “Ulysses” mükafatı laureatı, ABŞ-ın Viskonsin Stout Universitetinin professoru Cəfər Cəfəri ATİ-nin qonağı olub.
ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov qonaqla söhbət əsnasında rəhbərlik etdiyi ali təhsil ocağının yaranması, turizm sənayesi üçün ixtisaslı kadr hazırlığı sahəsində qazanılan uğurlar, eləcə də qarşıda duran problemlərə aydınlıq gətirdi. ATİ-ni beynəlxalq təşkilatlarda təmsilçilik fəaliyyətinə toxunan C.Cəfərov dünyanın nüfuzlu universitetləri ilə tələbə-müəllim mübadiləsinin tədrisin keyfiyyətinə müsbət təsir göstərdiyini də diqqətə çatdırdı. Qonaq ölkəmizə səfəri çərçivəsində Bakının təmiz, möhtəşəm şəhərlərdən biri olduğuna çox sevindiyini görüş iştirakçılarının diqqətinə çatdırdı. Turizmi lokal çərçivədə, bəziləri tərəfindən biznes kimi dəyərləndirmənin zərərli tendensiya hesab etdiyini vurğulayan qonaq turizmi inkişaf etdirərkən yerli şəraiti, əhali dinamikasını, adət-ənənələri nəzərə almağın vacibliyindən ətraflı söz açdı: “Turistləri ölkəyə cəlb etmək üçün təkcə beş ulduzlu otellərin olması işin bir tərəfidir. Müxtəlif dünyagörüşlü, eyni zamanda müxtəlif millətlərdən, dinlərdən olan insanlara mədəni xidmət göstərə bilən yüksək ixtisaslı, başlıcası, keyfiyyətli kadr hazırlamaq lazımdır. ATİ bu missiyanı qarşısına məqsəd qoyan ali təhsil müəssisəsidir. Tələbələrə aşılanmalıdır ki, yaxşı turizmçi olmaq üçün ilk illərdə təklif olunan hər hansı işdən, vəzifədən utanıb imtina etməsinlər. Ölkəyə müxtəlif məqsədlərlə təşrif buyuran insanlarla ünsiyyət zamanı çəkingən davranışlara yol verməsinlər. Bu da öz növbəsində turistlərin daha çox ölkəyə cəlb edilməsinə, sonda biznesə yaxşı təsir göstərə bilər. Əks təqdirdə hər hansı turizm müəssisəsi maddi itkilərlə üzləşə bilər.” Professor C.Cəfəri bildirdi ki, ATİ-də xarici ölkə universitetlərindən tanınmış alim-tədqiqatçı və təlimçilərin tədris prosesinə cəlb edilməsi təcrübəsi təqdirə layiqdir: “Turizm sənayesini inkişaf etdirmək üçün ilk növbədə region dövlətləri ilə əlaqələri möhkəmləndirmək lazımdır. Ölkədə sabitliyin mövcudluğu və qorunması turizm imkanlarını daha da genişləndirir. Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi Azərbaycanın bu hüquqa sahibləndiyinə tutarlı sübutdur”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info