«Armenianreport.com»: ”Ermənistan ordusundakı böhranın əsas səbəbkarlarından biri Sarkisyandır”
Tarix: 18.04.2018 | Saat: 19:25:00 | E-mail | Çapa göndər


“Onun yarıtmaz fəaliyyətinə görə Aprel müharibəsi kədərli nəticə ilə yekunlaşdı”

Beləliklə, Sarkisyan xalqın bütün narazılıqlarına baxmayaraq Ermənistanın baş naziri təyin edildi. Təbii ki, bütün bunlar başadüşüləndir. Çünki ölkənin yüyəni başqa əldədir. Bu ölkədəki səlahiyyət sahibləri, sadəcə, buyruq quludurlar. Doğrudur, erməni mətbuatı Sarkisyanın 10 illik prezidentlik dövrünü müxtəlif aspektlərdən şərh etməyə çalışıb. Hətta onu ölkədəki sistemə nəzarət etməyi bacaran, «rəqabətli bir ölkə» qurmağı bacaran şəxs kimi də təqdim edənlər yox deyil. Onun 10 il ərzində fərqli cəbhələrdə - Robert Koçaryanın təsirinə , Levon Ter-Petrosyanın müxalifətinə qarşı, sonra isə Raffi Hovannisyanla mübarizəsini qeyd etsələr də, lakin bu "mübarizələr", əslində dövlətin siyasi komponentinin olmaması deməkdir və hakimiyyətin fəaliyyətini dəyişdirmək istəyi və arzusu yox idi.
Lakin bütün bunlara baxmayaraq, Serj Sarkisyan bu gün Ermənistanın yeni baş naziridir. Maraqlıdır ki, «Armenianreport» saytı Serj Sarkisyanın parlamentdəki təyinatını «onun kuklalarının oynadığı məzhəkə» kimi dəyərləndirir. Sayt, Sarkisyanın parlamentdəki çıxışı zamanı ölkənin inkişafından danışarkən, dövlətin ən mühüm qurumlarından olan ordu probleminə toxunmasına diqqət ayırır. Beləliklə, 2016-cı ilin Aprel müharibəsi haqqında danışan Sarkisyan bunun onlar üçün böyük dərs olduğunu bir daha xatırladıb: «Bu gün Silahlı Qüvvələrimizdə həyata keçirilən islahatlara, silahların alınmasına, yerli silahların istehsalına və ən əsası, erməni əsgərinin və məmurunun mənəviyyatının yüksək səviyyədə olmasını təmin etmək üçün çox böyük diqqət lazımdır».
Sarkisyanın dediklərinə istinadən sayt yazır: «Təbii ki, Sarkisyan yox, bir başqası desəydi, bəlkə də bu başa düşülərdi. Ancaq bu sözləri bu ölkənin lideri vəzifəsini icra edən bir adam deyirsə, bu, artıq absurddur. Bəlkə də, ölkə iqtisadiyyatınında yaşanan böhranı onun özündən əvvəlki dövrlərdən qalmış ağır bir yük kimi dəyərləndirmək olardı. Lakin unutmaq lazım deyil ki, ölkənin bütün sahələrində, o cümlədən orduda yaranmış böhranın əsas səbəbkarlarından biri, məhz elə Sərkisyan olub. Onun 10 illik prezidentlik dövründə erməni ordusunda ciddi problemlər yaşanıb. Məhz Sarkisyan-Ohanyan birliyi erməni ordusunda korrupsiyanın əsasını qoyublar. Bunun sonluğu isə Aprel müharibəsinin kədərli nəticələri ilə yekunlaşdı. Erməni əsgərlərinin köhnəlmiş silahlarla mübarizə etdiyinə aydınlıq gəldi, zirehli vasitələr yanacaq olmaması səbəbindən atəş zolağına çata bilmədi. Bütün bunların yekunu kimi, cəmiyyətdə güclü bir narazılıq yarandıqdan sonra Sarkisyan özünü qorumaq üçün orduda, Ohanyan da daxil olmaqla, bir çox hərbçini işindən kənarlaşdırdı.
Anlamaq çətin deyil ki, əgər Aprel müharibəsi olmasaydı, bu korrupsiyalı məmurlar ordunun ehtiyacları üçün ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı zənginləşməyə davam edəcəkdilər. Ümumiyyətlə, Ermənistanda olan hər bir kəs Ermənistan ordusundakı general və polkovniklərin öz vəsaitləri ilə yaşamadıqlarını yaxşı bilir. Lakin ölkədəki hərbçilərin dəstəyinə sahib olmaq üçün Sarkisyan bunlara göz yumurdu. Bu istiqamətdəki fəaliyyətində onun üçün hətta əsgər ölümləri də, o qədər önəm kəsb etmirdi.
Məhz Sarkisyanın prezidentliyi dövründə və onun birbaşa təlimatı ilə erməni ordusu şəffaflığını, xalq ilə təmasını itirdi. Bu isə ordunu zəiflətdi. Lakin bütün bunlara baxmayaraq, Sarkisyan məmnun idi. Çünki orduda baş verən mənfi proseslərə dair ictimai reaksiyalar mətbuatda məhz onun göstərişi ilə əhəmiyyətli dərəcədə azalmışdı.
Onun erməni parlamentində ordunun hansı yüksək döyüşkən ruhundan danışdığı da qəribə görünür. Məgər onun tapşırığı ilə yaradılan Hərbi Sığorta Fondu deyilmi ki, bu gün də praktiki olaraq təsirsiz bir qurum kimi «fəaliyyət» göstərir. Bu qurumun fəaliyyətindən yalnız elə Sərkisyanın özünə yaxın həndəvəri yararlana bilib. Məgər Sarkisyan başa düşmürmü ki, hansısa bir erməni əsgəri və ya zabiti ölümündən və ya əlil olduqdan sonra ailəsinin qayğıdan kənar qalacağını anlamağa başlayıb.
Ümumiyyətlə, Sarkisyanın çıxışında "biz silahlı qüvvələrimizəki islahatlara çox böyük diqqət ayırmaq məcburiyyətindəyik" sözləri təəccüblü bir təəssürat yaradır. Axı xalqı aldatmağa nə hacət. Məlumdur ki, bu gün erməni ordusunda heç bir islahat aparılmır. Əgər aparılırsa, bu gün orduda baş verən sistematik ölüm halları nədir? Bütün bunlar, yəni Sarkisyanın Ermənistan ordusuna qarşı nümayiş etdirdiyi "ata narahatlığı" və ya "diqqət" " bir neçə ildən sonra, «bölgədə ən çox döyüşə layiq olan ordu»dan yalnız xatirələr olacaq.”
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info