Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
Tarix: 18.04.2018 | Saat: 20:19:00 | E-mail | Çapa göndər


Şahin Nəsibov: “Azərbaycanımızın iqtisadi yüksəlişi əksər ölkələrə nümunə olacaq”
Beynəlxalq Türksoyla “İpəkyolu” jurnalı və İpəkyolu Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “İlin Qızıl Adamları Mükafatlandırma Mərasimi” bu il İstanbulda keçirilib. Mükafatlandırma mərasiminə Türkiyədən başqa ABŞ, Rusiya, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Rumıniya, Hollandiya, İspaniya və digər ölkələrdən önəmli qonaqlar iştirak ediblər. Mərasimə eyni zamanda bir çox nazir və millət vəkilləri ilə yanaşı bələdiyyə başçıları, akademiklər, iş adamları, QHT təmsilçiləri, fikir, sənət, siyasət, idman, media dünyasının önəmli təmsilçiləri qatılıblar.
Biznes, siyasət, elm, media, idarəetmə, mədəniyyət və sənət aləmindən tanınmış şəxslərin qatılacağı mərasimdə mükafatlar sahiblərinə təqdim olunub.

Bu il 14-cüsü təşkil olunan “İlin Qızıl Adamları Mükafatlandırma Mərasimi”ndə ölkədə və xaricdə yaşayan bir neçə azərbaycanlı da təltif olunub.
Laueratlar arasında Qazaxıstan Beynəlxalq İnsan Hüquqları Komitəsinin sədr müavini Şahin Nəsibov da olub. Şahin Nəsibova “Dostluq və Sülh Mükafatı” təqdim olunub.
Xatırladaq ki, general-mayor Şahin Nəsibovun valideynləri əslən Borçalıdandır. 40 il Qazaxıstanda yaşayıblar. Təqaüdə çıxandan sonra Azərbaycana qayıdıblar. 4 övladları var. Ailənin üçüncü övladı olan Şahin Nəsibov 1965-ci ildə Qazaxıstanda andan olub. Tibb Universitetinin bitirib. Daha sonra Moskva Dövlət Universitetinə daxil olub. Orada həm də hərbi dərslər keçib. Şahin Nəsibovun ali təhsilində yüksək göstəriciləri olub. Ona görə də onu hərbi məktəbə çalışmağa dəvət ediblər.
İxtisasca həkim olan Şahin Nəsibov, eyni zamanda biznes sahəsində çalışır. Bununla yanaşı, Qazaxıstan Beynəlxalq İnsan Hüquqları Komitəsinin sədr müavini olaraq ictimai fəaliyyət də göstərir. Hazırda general-mayor rütbəsinə qədər yüksələn Şahin Nəsibov Qazaxıstan dövlətinin saysız yüksək medalları ilə təltif olunub. Ailəlidir. Bir oğlu və bir qızı, üç nəvəsi var.
Şahin Nəsibov deyir ki, harada yaşamağından asılı olmayaraq ürəyi vətənimiz Azərbaycanla döyünür: “Biz hər zaman evdə, ailədə Azərbaycan dilində danışırıq. Bu, mənim valideynlərimin ən böyük istəyi idi. Biz də buna görə hər zaman dilimizi, adət-ənənəmizi qorumuşuq”.
Həmvətənimiz hər zaman Prezident İlham Əliyevin tövsiyələrini yerinə yetirdiyini bildirib: “Prezident İlham Əliyev də xaricdəki soydaşlarımıza tövsiyə edib ki, mütərəqqi yenilikləri Azərbaycana gətirək. Biz də buna uğun olaraq fəaliyyət göstəririk. Düşünürəm ki, Azərbaycanımızın iqtisadi yüksəlişi əksər ölkələrə nümunə olacaq. Mən Azərbaycanın gələcəyini parlaq görürəm. Hər zaman vətənimin adının yüksəklərdə olmasını arzulayıram. Fürsətdən istifadə edib Azərbaycan xalqını dövlət başçısı İlham Əliyevin yenidən Prezident seçilməsi münasibətilə təbrik edirəm. İlham Əliyev yalnız Azərbaycanın deyil, bütün dünya azərbaycanlılarının Prezidentidir”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info