ARDNŞ yaxın 5 ildə Türkiyə enerji sektorunun ən iri investoru olacaq
Tarix: 04.06.2013 | Saat: 23:06:00 | E-mail | Çapa göndər


“Caspian Drilling Company” şirkəti ilə Sinqapurun “Keppel” şirkəti arasında yeni nəsil üzən qazma qurğusunun
tikintisi ilə bağlı müqavilə imzalanıb

Dünən Bakıda XX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransı işə başladı. Qeyd edək ki, keçirildiyi bütün illər ərzində “Caspian Oil and Gas” sərgisinə Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən dəstək verilir. Xatırladaq ki, sərgi və konfransın əsas təşkilatçıları qismində Britaniyanın «ITE Group plc.» və onun bölgədəki tərəfdaşı «Iteca Caspian» şirkətləri çıxış edir. Builki sərgidə də hər zaman olduğu kimi sərgi məkanında dünyaca məşhur şirkətlər yer alıb.
Onların arasında ARDNŞ, “BP”, “Statoil”, “OMV”, “Total”, “Petkim”, “TPAO”, “RWE” və bir sıra digər şirkətlər var. Almaniya, Çin və Rusiyanın milli qrupları sərginin daimi eksponentləri hesab olunurlar. ABŞ şirkətləri, Ukraynanın neft-qaz korporasiyaları və digərləri bu il sərgidə ilk dəfə iştirak edirlər. “Caspian Oil and Gas” sərgisinin baş sponsoru ARDNŞ, “Qızıl” sponsoru isə “BP Azerbaijan” şirkətidir. Sərgiyə rekord sayda - 20 şirkət sponsorluq edir. Belə ki, sərginin digər sponsorları arasında “Azfen-Tekfen”, “Bos Shelf” MMC, “Caspian Drilling Company”, “Caspian Marine Services”, “Nobel Oil LTD”, “Azeri MI Drilling Fluids LTD”, “Cross Caspian Oil and Gas Logistics” və “Global Energy Azerbaijan Limited” şirkətləri də var. Builki yubiley sərgidə ümumilikdə 28 ölkədən 386 şirkət iştirak edir. Almaniya, Çin, Rusiya, Türkiyə və Böyük Britaniya sərgidə öz milli qrupları ilə təmsil olunub. Ötən il ilə müqayisədə sərgi sahəsi 22%, eksponentlərin ümumi sayı isə 25% artıb. Daha öncə Azərbaycan bazarında fəaliyyət göstərməyən və ümumi iştirakçıların 20%-ni təşkil edən yeni şirkətlər isə sərgiyə marağın azalmadığına sübutdur. Sərgiyə qatılan yerli şirkətlərin sayı iştirakçıların ümumi sayının 30%-ni təşkil edir. Bununla yanaşı, sərgi ilə paralel olaraq iyunun 5-də eyni adlı konfrans keçiriləcək. Konfransın əsas mövzuları arasında «Avrasiya üçün enerji təchizatının və enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu», «Hasilatın artırılması və diversifikasiyası sahəsində beynəlxalq əməkdaşlıq» və s. mövzular var. 600 nümayəndə heyətinin qatılacağı konfransda 50-dən çox məruzəçi çıxış edəcək.
Qeyd edək ki, sərgidə iştirak edən şirkətlər sırasında Rusiyanın «Sakhalin Energy Investment Company Ltd.» («Sakhalin Energy») şirkəti də var. «Sakhalin Energy» iyunun 7-dək davam edəcək sərgidə öz stendi ilə təmsil olunur. Şirkətin sərgidə iştirak etməkdə məqsədi vakant vəzifələrə ən azı 5 il iş təcrübəsinə malik texniki mütəxəssislər tapmaqdır. Vakansiyalarla şirkətin veb-saytının «Vakansiyalar» bölümündə, həmçinin şirkət haqqında video-çarxla tanış olmaq mümkündür.
Qeyd edək ki, 1994-cü ildə yaradılan «Sakhalin Energy» şirkəti Rusiya Federasiyası ilə imzalanan sazişə əsasən «Saxalin-2» layihəsini həyata keçirir. Layihə Oxot dənizinin şelfində yerləşən Piltun-Astox neft yatağı və Lunsk qaz yatağının işlənməsini nəzərdə tutur. 2007-ci ilin aprel ayından etibarən layihədə «Qazprom» şirkətinin payı 50%+1 səhm, «Shell»in - 27,5%, «Mitsui»nin - 12,5%, «Mitsubishi»nin payı isə 10% təşkil edir.

ARDNŞ dünyanın ən iri konteyner
limanının inşasını iki ilə başa çatdıracaq


Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus olan «Petkim» şirkəti 2018-ci ilədək Türkiyənin üç ən böyük şirkətlərindən biri olacaq. Bunu jurnalistlərə açıqlamasında ARDNŞ-in Türkiyə bölməsinin rəhbəri Kənan Yavuz deyib. Onun sözlərinə görə, enerji sahəsində də Türkiyənin ən böyük investoru ARDNŞ olacaq: “Türkiyənin dünyanın ən böyük 16-cı iqtisadiyyatı olduğunu nəzərə alsaq, qardaş ölkədə ARDNŞ-in dünyanın 3 ən böyük şirkətindən biri olmasını demək olar. Belə ki, onun həyata keçirdiyi layihələr bunu sübut edir. Təmsil etdiyim şirkət orada nə qədər böyük layihələrin həyata keçirilməsini bir daha sübut edəcək. Həmçinin qardaş ölkədə böyük layihələrlə bərabər, sosial layihələrə də investisiya yatırırıq. Hazırda ARDNŞ Türkiyədə təhsilə, idmana çox böyük dəstək verir. Həmçinin Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda «Star» neft emalı zavodu ilə eyni zamanda təməli atılan Heydər Əliyev Texniki və Sənaye Peşə Liseyinin tikintisi başa çatıb. Hazırda burada 30 azərbaycanlı tələbə təhsil alır və bu ildən 20 azərbaycanlı tələbənin orada təhsil almağa göndərilməsi nəzərdə tutulub”.
ARDNŞ-in Türkiyə bölməsinin rəhbəri Kənan Yavuz açıqlamasında onu da bildirdi ki, Azərbaycan Dövlət Neft Şirkətinə məxsus olan «Petkim» şirkəti Türkiyədə konteyner limanının tikintisini iki ilə başa çatdıracaq. Onun sözlərinə görə, ARDNŞ hazırda Türkiyə iqtisadiyyatına ən böyük yatırım edən şirkətlərdəndir: «2008-ci ilin may ayında SOCAR Türkiyədə «Petkim» şirkətini alıb. Hazırda ARDNŞ Türkiyədə neft-kimya, enerji sektoruna böyük yatırımlar edir. Bundan başqa, ARDNŞ Türkiyədə TANAP layihəsi daxil olmaqla, 17 mlrd. dollarlıq yatırım həyata keçirir. Hazırda Azərbaycan Dövlət Neft Şirkəti Türkiyədə ən böyük konteyner limanının inşasını həyata keçirir. Layihənin dəyəri 400 mln. dollar təşkil edir və bu, dünyanın ən böyük konteyner daşıyan limanı olacaq. «İki ildən sonra limanın tikintisi başa çatdırılacaq”.

ARDNŞ müasir qazma qurğularının inşası
layihəsinə start verib

Bakıda Azərbaycan Dövlət Neft Şirkətinin «Caspian Drilling Company» şirkəti ilə Sinqapurun «Keppel» şirkəti arasında yeni nəsil üzən qazma qurğusunun tikintisi ilə bağlı müqavilə imzalanıb. ARDNŞ prezidenti Rövnəq Abdallyevin sözlərinə görə, Azərbaycanda həyata keçirilən yeni layihələrlə əlaqədar olaraq yeni qazma qurğularına tələbat yaranıb. «Keppel» şirkəti ilə bağlanan müqaviləyə əsasən, artıq iyun ayından ilk qurğunun tikintisinə başlanacaq. R.Abdullayev qeyd etdi ki, ən müasir sayılan 6-cı nəsil yeni üzən qazma qurğusunun tikintisi 1 mlrd. ABŞ dollarından bir qədər artıq məbləğə başa gələcək. Qurğu suyun 1000 metr dərinliyində işləmək və 12 min metr dərinliyə quyu qazmaq imkanına malik olacaq. Yeni qazma qurğusu Azərbaycanda tikiləcək. R.Abdullayevin sözlərinə görə, ölkədəki mövcud infrastruktur Sinqapur şirkətinə qurğunun Azərbaycanda tikməsi üçün şərait yaradıb: «Qurğunun tikintisi 41 ay davam edəcək və 2016-cı ilin sonunda - III rübdə qurğu suya buraxılacaq». Eyni zamanda, ikinci belə qurğunun tikintisinə başlamaq üçün danışıqlara da start verilib. İkinci qurğu ARDNŞ və «Total» şirkətləri tərəfindən «Abşeron» yataqlarında istismar edilmək üçün nəzərdə tutulur. ARDNŞ rəhbəri bildirdi ki, Azərbaycana bundan əlavə daha iki analoji qazma qurğusu, yəni ümumilikdə 4 qazma qurğusu tələb olunur. Onun sözlərinə görə, müasir qazma qurğusu olmadığına görə ARDNŞ özünün qaz yataqlarında, o cümlədən «Babək»də işləri lazımi şəkildə apara bilmir: «Yeni qurğular vasitəsilə həm özümüzün, həm də partnyorlarımızın qazma işlərini həyata keçirəcəyik».

Qordon Birrel:
«Azəri-Çıraq-Günəşli» yataqlarında neft
hasilatı sabitləşib»


BP şirkəti Xəzərin Azərbaycana aid sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda neft hasilatını sabitləşdirib. Bu barədə «BP-Azerbaijan» şirkətinin prezidenti Qordon Birrel açıqlamasında bildirib: «Bu ilin ilk 5 ayının nəticələrinə görə, hasilat göstəricilərindən və hasilatın nəticələrindən çox razıyıq. Hasilatı sabitləşdirmişik». Şirkət rəhbəri qeyd etdi ki, «Azəri-Çıraq-Günəşli» və «Şahdəniz» yataqlarındakı obyektlərin tam nəzərdə tutulduğu kimi fəaliyyəti davam etdirilir: «Ötən 5 ay ərzində həm qazma işlərimiz, həm də hasilatın özü planlaşdırdığımız kimi olub. Ötən 5 ayın nəticələri bizim üçün qənaətbəxşdir».

Nigar Abdullayeva





 
Bölməyə aid digər xəbərlər
19.09.2018
“Azeri Light”ın bir barreli 80,66 dollara satılır
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info