Naxçıvanda növbəti əmək yarmarkaları keçirilib
Tarix: 18.04.2018 | Saat: 20:52:00 | E-mail | Çapa göndər


Muxtar respublikanın Kəngərli rayonunda növbəti əmək yarmarkası təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə rayon Məşğulluq Mərkəzinin direktoru Səxavət Həsənov çıxış edərək Kəngərli Rayon Məşğulluq Mərkəzi tərəfindən işaxtaran vətəndaşların əmək bazarına inteqrasiyasını asanlaşdırmaq və sürətləndirmək məqsədilə aktiv məşğulluq tədbirlərinin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü işlər aparıldığını qeyd edib.
Rayon icra hakimiyyəti başçısının müavini Hacırəddin Mehbalıyev belə tədbirlərin Kəngərlidə fəaliyyət göstərən qurumların ixtisaslı kadrlarla təminatında mühüm rolu olduğunu deyib.
Vurğulanıb ki, muxtar respublikada, eləcə də Kəngərli rayonunda yeni iş yerlərinin açılması, infrastrukturun ən müasir tələblər səviyyəsində qurulması sosial rifahın təmin olunmasına müsbət təsir göstərib. Əmək potensialının keyfiyyətcə yüksəldilməsi, layiqli əməyin təminatı, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təşkil edilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Sonra yarmarkaya gələnlər boş iş yerləri ilə tanış olublar. 8-i özəl müəssisə, 8-i isə dövlət orqanı olmaqla, 16 təşkilatdan 170 boş iş yerinin çıxarıldığı yarmarkada 35 nəfərə işə göndəriş verilib. Müraciət edənlərin 4 nəfəri peşə hazırlıq kurslarına cəlb olunub ki, onlardan da 3-ü gələcəkdə kənd xidmət mərkəzlərində işlə təmin olunacaq. Bundan başqa, ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət edən 2 nəfər işə göndəriş alıb.
X X X
Şahbuz rayonunda da əmək yarmarkası təşkil olunub. Şahbuz şəhərindəki “Araz” kinoteatrının binasında keçirilən tədbirdə rayon Məşğulluq Mərkəzinin direktoru Fəxrəddin Bağırov çıxış edərək, muxtar respublikada həyata keçirilən məşğulluq tədbirlərindən danışıb.
Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Cəlal Paşayev çıxış edərək bildirib ki, son illərdə rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər əhalinin məşğulluğuna müsbət təsir göstərib, yüzlərlə işaxtaran müvafiq işlə təmin olunub. Keçirilən əmək yarmarkalarına müraciət edənlərin sayının çox olması onu göstərir ki, işaxtaranlarda bu yarmarkalarda ixtisaslarına müvafiq iş tapmalarına böyük inam var.
Sonda yarmarkaya gələnlər onlara təqdim olunan vakant iş yerləri ilə tanış olublar. 17-si özəl, 14-ü dövlət olmaqla, 31 təşkilatdan 134 boş iş yerinin çıxarıldığı yarmarkada 15 nəfərə işə göndəriş verilib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info