Orqanik əkinçilik dünya əhalisini ərzaqla təmin edə bilər
Tarix: 19.04.2018 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


Buğda Ekoloji Həyatı Dəstəkləmə Dərnəyi bildirir ki, elmi araşdırmalar orqanik əkinçiliyin dünyanı ərzaqla təmin edəcəyini sübut edir

Dünyada kənd təsərrüfatının əhəmiyyəti danılmazdır, ancaq bu sahədə siyasət tək bir hədəfə yönəlmiş vəziyyətdədir. Bu, əhali artımına paralel olaraq məhsuldarlığı artırmaq və insanları ərzaqla təmin etməklə bağlıdır. Ümumi fikir bu istiqamətdə olsa da, sosial-iqtisadi təhlillər bunu dəstəkləyirmi?

Bu hədəfə çatmaq üçün tətbiq edilən sənaye üsulu ilə əkinçilik metodları (pestisidlər, sintetik gübrələr, GMO və s.) dünyada təxminən 70 ildir ki, mövcuddur. Bu 70 ilin təbii varlıqlara, ekosistemə və insana zərər verməsinə baxmayaraq, maksimum səmərəni əldə etmə səyinin gəldiyi nöqtə çox da ürəkaçan deyil. Belə ki, 2016-cı il Ərzaqda Davamlılıq İndeksinə görə, dünyada qida əldə edə bilməyən 1,8 milyard insan yaşayır. Yəni iddia edildiyi kimi, sənaye üsulu ilə kənd təsərrüfatının dünyanı ərzaqla təmin etmək hədəfi reallaşmadı. Çünki aclıq probleminin səbəbi ərzağın kifayət qədər olmaması deyil, istehsalın ədalətli paylanılmaması, insanların alış imkanlarının bərabər olmaması, israf və mənfəətlə bağlı əkinçilik siyasətidir.
BMT-nin Ərzaq üzrə xüsusi təmsilçisi, professor Hilal Elver kiçik ailə müəssisələri və əkinçiliyin gücləndirilməsi üçün hökumətləri kənd təsərrüfatı sahəsində demokratik islahatlara dəvət edir. Qlobal istiləşmə, iqlim dəyişikliyi, şoranlaşan torpaq, çirklənən su qaynaqları, zərər görən canlılar və ekosistem nəzərə alındıqda, sənaye üsulu ilə əkinçilik orqanik əkinçilikdən daha məhsuldar deyil.
ABŞ-da Rodale İnstitutunun əkinçilik tədqiqatları da bunu sübut edir. İnstitut 1981-ci ildə başladığı “The Farming Systems Trial” layihəsi ilə ənənəvi əkinçilikdən orqanik əkinçiliyə keçid dinamikasını araşdırıb. Eyni dövrdə həm ənənəvi, həm də orqanik məhsul istehsal edən institut, 1986-2014-cü illəri əhatə edən bir statistika yayaraq, orqanik istehsaldakı səmərənin ənənəvi istehsala çatdığını, hətta quraqlıq dövrlərdə orqanik istehsaldakı məhsuldarlığın daha yüksək olduğunu açıqlayıb.
Qarğıdalı və soya istehsalı üzərində reallaşan layihədə, xüsusilə quraqlıq dövrlərdə orqanik əkinçilikdə məhsuldarlığın daha çox olduğu müşahidə edilib. Hesabata görə, quraqlıq olan illərdə qarğıdalının orqanik istehsalda məhsuldarlığı, ənənəvi əkinçiliyə görə 31 faiz yüksək olub. Ənənəvi üsulla qarğıdalı quraqlıq dövrlərdə qurumağa meyil göstərdiyi halda, orqanik qarğıdalı dayanıqlıq göstərərək yaşıl qala bilir. 1998-ci ildə orqanik əkinçilik işlərinə başlayan Atatürk Bahçe Mədəniyyət Mərkəzi Araşdırma İnstitutu da oxşar bir nəticə ortaya qoyub.

Bütün dünyada orqanik əkinçilik tətbiq edilərsə, nəticə necə olar?

Rodale İnstitutunun araşdırması perspektivlidir. Yalnız konkret bir sahədə deyil, bütün dünyada orqanik istehsala keçilsə, nəticə necə olar? Kənd Təsərrüfatı üzrə Tədqiqat İnstitutu (FİBL) adlı araşdırma quruluşu bütün əkinçilik sahələrində orqanik istehsala keçilərsə, 2050-ci ildə nəticənin necə olacağını qeyd edib. Bir çox tədqiqat qruplarının birlikdə apardığı araşdırmaya görə, orqanik əkinçilik bütün dünyanı təmin edə bilər. Hətta dünya əhalisinin ərzaqla təmin edilməsi üçün mövcud kənd təsərrüfatı torpaqlarının 60 faizində orqanik istehsala keçməsi kifayətdir.
Justus Liebig Universitetinin professoru Andreas Gattinger, mövcud şəraitdə ənənəvi əkinçilik və orqanik əkinçilik arasında 25 faiz nisbətində bir məhsul boşluğu olduğunu söyləsə də, Rodale İnstitutu və Atatürk Bağçılıq Mərkəzi Araşdırma İnstitutunun araşdırması gələcək üçün ümid verir.
2050-ci ildə dünya əhalisinin 10 milyard olması gözlənilir. Orqanik əkinçilik davamlı bir gələcək vəd edir. Rodale İnstitutu orqanik əkinçiliyin ənənəvi əkinçiliyə nisbətən, təxminən 50 faiz daha az istixana qazı yaratdığına diqqəti yönəldir.
Mütəxəssislərin fikrincə, ərzaq məhsullarının tarladan süfrəyə çatması əsnasında əlverişsiz nəqliyyat, saxlama şəraiti üzündən 25 faiz itkiyə yol verilir. Dünyada hər il israf edilən ərzaq miqdarı isə ən az 1,3 milyard tondur. Bu baxımdan, israfın qarşısı alındıqda, ənənəvi əkinçiliyin sintetik dərman və gübrələrlə təmin edilərək məhsuldarlıq artımına da ehtiyac qalmır. Türkiyə Statistika Komitəsinin məlumatına görə, burada hər il 1,7 milyard çörək, 18 milyon ton meyvə-tərəvəz atılır. Ərzaq itkisinin məbləği isə 214 milyard lirə təşkil edir. 2015-ci ildə dünyada orqanik əkinçiliklə bağlı ərazilər 50,9 milyon hektar, yəni dünya miqyasındakı əkin ərazilərinin 1 faizini təşkil edib. FİBL isə ərzaq israfı yarıyadək azalarsa, mövcud əkin ərazilərinin 60 faizində orqanik əkinə keçilərsə, həm məhsuldarlıq, həm də davamlılıq baxımından 2050-ci ildə sağlam bir istehsalın təmin ediləcəyini bildirir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb
14.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları komitədə işlə təmin olunublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info