Nikol Paşinyan: “Ermənistan vətəndaşlarının Serj Sarkisyan adında baş naziri yoxdur”
Tarix: 19.04.2018 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Ermənilər Marseldəki Ermənistan konsulluğunda Sarkisyanın divardakı portretini qoparıb yandırıblar

Bir neçə gündür ki, Ermənistanda etiraz aksiyaları keçirilir. Ermənilər meydanlara axışaraq Serj Sarkisyanın baş nazir təyinatına etiraz edirlər. Bu gün də İrəvanda bu təyinata etiraz əlaməti olaraq geniş aksiyalar keçirilib. Keçirilən aksiyada iştirak edən 70 nəfər saxlanılıb. Etiraz edənlərlə polis arasında toqquşmalar artıq başqa şəhərlərdə də başlayıb. Toqquşmalar dünən Gümrü şəhərində də qeydə alınıb. Mitinqə çıxanlar şəhərin mərkəzi küçələrini bağlamağa cəhd göstəriblər. Lakin polis bunun qarşısını ala bilib. Etiraz aksiyaları təhsil müəssisələri önündə də davam edib.
Ermənistan polisinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, həbs edilən 70 nəfər iğtişaşlar törətməkdə, dövlət və vətəndaşlara məxsus mülklərə zərər vurmaqda ittiham olunurlar.
Qeyd edək ki, aprelin 17-də parlamentdə keçirilən xüsusi iclasda Serj Sarkisyan baş nazir elan olunub. Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək.
Amma görünən odur ki, bu ölkədə sular hələ çox gec durulacaq. Xalq iqtisadi problemlər məngənəsində sıxılan Ermənistanda yeni rəhbər, yeni sistem görmək istəyir. Bu səbəbdən də, insanlar müxalifətin mitinq çağırışlarına aktiv cavab verərək küçələrə axışırlar.
Mitinqlərin təşkilatçılarından olan “Vətəndaş dialoqu” partiyasının lideri “çıxış“ Parlament fraksiyasının rəhbəri Nikol Paşinyan isə dünən İrəvanın Respublika meydanındakı çıxışında Serj Sarkisyan haqqında sərt ifadələr işlədib. O deyib ki, Ermənistan vətəndaşlarının Serj Sarkisyan adında baş naziri yoxdur. Nikol Paşinyanın sözlərinə görə, Kanadadakı erməni aktrisa Arsinə Xancyan açıq məktubunda xatırladır ki, bir neçə il əvvəl Serj Sarkisyan onunla söhbəti zamanı erməni xalqını qoyun sürüsü ilə müqayisə edib. Xancyan məktubunda güman edib ki, Serj Sarkisyan təzyiq altında olub.


Kanadadakı erməni aktrisa Arsinə Xancyan açıq məktubunda xatırladır ki, bir neçə il əvvəl Serj Sarkisyan onunla söhbəti zamanı erməni xalqını qoyun sürüsü ilə müqayisə edib.


“Lakin səbəb tamam başqadır. O, əsasən, respublika partiyasının deputatları ilə ünsiyyətdə olur. Məhz bu sürü Serj Sarkisyanı Ermənistanın baş naziri elan edib. Ancaq mən bütün məsuliyyətimlə bildirirəm ki, hər şey dəyişib. Serj Sarkisyanın təbəələri yoxdur. O, kimi idarə edəcək? Ermənistan vətəndaşlarının Serj Sarkisyan adında baş naziri yoxdur”-deyə Nikol Paşinyan bildirib.
“Demokratik Vətən” Partiyasının lideri Petros Makeyan isə “birinci informasiya”ya bildirib ki, Serj Sarkisyan və onun bandası bu prosesi dayandıra bilməyəcək. Bu barədə xəbər yayılıb ki, Marsel şəhərində yaşayan ermənilər Ermənistanın Fransanın bu şəhərindəki konsulluğuna soxularaq Serj Sarkisyanın divardakı portretini qoparıb yandırıblar.

Tural Tağıyev





 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Britaniya deputatları “Brexit“ şərtlərinə dair sazişin əleyhinə səs veriblər
16.01.2019
Türkiyə ərazisində əlverişsiz hava şəraiti davam edir
15.01.2019
ABŞ səfirinin Almaniyadan çıxarılması tələb edilir
15.01.2019
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək
15.01.2019
Türkiyə hərbçiləri batmaq təhlükəsində olan 40 qaçqını xilas ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info