Türkiyə Azərbaycanla ticarət hesablaşmalarında milli valyutaya keçməyə hazırdır
Tarix: 19.04.2018 | Saat: 13:56:00 | E-mail | Çapa göndər


Türkiyə Azərbaycanla ticarət hesablaşmalarında milli valyutaya keçid üçün maneə görmür.
Bu barədə Trend-ə özəl müsahibəsində Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci deyib.
N.Zeybekci bildirib: "Təəssüf ki, biz valyuta məzənnələrinin oynaması iqtisadiyyatlarımız üçün göstərdiyi mənfi təsiri artıq görmüşük. Biz hesab edirik ki, valyuta məzənnələrinin oynaması bizim ölkələrin iqtisadiyyatına vura biləcəyi zərərdən yayınmaq üçün ticarət hesablaşmalarında Türkiyə lirəsi və Azərbaycan manatından istifadə ən səmərəli üsuldur".
Nazirin fikrincə, müvafiq razılaşma hesablaşmalarda milli valyutaya keçid prosesini sürətləndirə bilər.
Qeyd edək ki, son illər Türkiyə başqa ölkələrlə ticarət hesablaşmalarında lirənin payını xeyli artırıb. Əgər 2013-cü ildə ixracda lirənin payı 2,6 faiz təşkil edirdisə, hazırdı bu göstərici 13 faizə bərabərdir. İdxalda Türkiyənin milli valyutasının payı həmin dövr ərzində 3,1 faizdən təxminən 8 faizə qədər artıb.
Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2017-ci ildə Türkiyə ilə əmtəə dövriyyəsi 2,64 milyard dollar təşkil edib, bununda 1,37 milyardı bu ölkəyə ixracın payına düşür. 2017-ci ildə iki ölkə arasında əmtəə dövriyyəsi 14,8 faiz artıb. Cari ilin ilk rübündə Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 573,1 milyon dollar (il ərzində 3,7 faiz artım) təşkil edib.




 
Bölməyə aid digər xəbərlər
20.05.2019
Cüzeppe Kaniliya: Azərbaycan İtaliya üçün olduqca vacib ölkədir
20.05.2019
Ramin Əhmədov: ”Azərbaycanda mükəmməl sosial təminat sistemi qurulub”
20.05.2019
Millət vəkili Azər Badamov: “Hədəf neftdən asılı olmayan güclü iqtisadiyyat formalaşdırmaqdır”
19.05.2019
Millət vəkili: Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşdır
18.05.2019
Əli Əhmədov: Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə əməkhaqqı, pensiya və müavinətlər də artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info