Ötən üç ayda Beyləqanda ümumi məhsul buraxılışının həcmi 52,8 milyon manat olub
Tarix: 19.04.2018 | Saat: 14:55:00 | E-mail | Çapa göndər


2018-ci ilin birinci rübündə Beyləqan rayonunda ümumi məhsul buraxılışının həcmi 52,8 milyon manat olub. Əsas kapitala 13,2 milyon manat investisiya yönəldilib, 13 milyon manatlıq tikinti-quraşdırma işləri aparılıb. Üç ay ərzində 418-i daimi olmaqla, 693 yeni iş yeri yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu faktlar Beyləqan rayonunda cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda səsləndirilib.
Hesabat məruzəsində bildirilib ki, birinci rübdə rayonda tikinti-abadlıq işləri davam etdirilib. Bu dövrdə Beyləqan Olimpiya İdman Kompleksinin, Tarix-Diyarşünaslıq Muzeyinin tikintisinə, İkinci Dünya müharibəsi zamanı 1941-1945-ci illərdə həlak olmuş həmvətənlərimizin xatirəsinə ucaldılmış abidənin əsaslı təmirinə başlanılıb.
Aqrar sahədən bəhs edilərkən bildirilib ki, hesabat dövründə 222 hektar şəkər çuğunduru, 377 hektar kartof, 995 hektar tərəvəz, 97 hektar bostan bitkiləri əkilib. 9560 hektarda pambıq əkilməsi üçün fermer və torpaq mülkiyyətçiləri ilə müqavilələr bağlanılıb. Birinci rübdə rayonda iribuynuzlu heyvanların baş sayı 162 baş artaraq 58 min 802 başa, xırdabuynuzluların sayı isə 401 baş artaraq 301 min 832 başa çatıb, 2484 ton ət, 11 min 63 ton süd istehsal olunub.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə həyata keçirilən tədbirlərdən, əhalinin elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində görülən işlərdən də bəhs edilib.
Məruzə və çıxışlarda uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib
17.09.2018
Babək prospektində hərəkət hissəsi 16 metrə qədər genişləndirilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info