“Suriyada ABŞ və Rusiya hərbçiləri arasında şiddətli toqquşma baş verib”
Tarix: 19.04.2018 | Saat: 15:19:00 | E-mail | Çapa göndər


Donald Tramp: “Bu çox kədərlidir. O döyüşdə bir çox insan həlak olub"

“Rusiyaya qarşı məndən sərt yanaşan yoxdur”. REN TV-nin verdiyi xəbərə görə, bu barədə prezident Donald Tramp ABŞ-da səfərdə olan Yaponiyanın baş naziri Şinzo Abe ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
 
O, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu söyləyib.
D.Tramp həmçinin bildirib ki, bir ay əvvəl Suriyada ABŞ və Rusiya hərbçiləri arasında şiddətli toqquşma baş verib. “Bu çox kədərlidir. O döyüşdə bir çox insan həlak olub", deyə D.Tramp əlavə edib. ABŞ prezidenti hadisənin detallarını açıqlamayıb.
 
Fevralın ortalarında Amerika mətbuatında Suriyada ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hökumət qüvvələrinə endirdiyi zərbələr nəticəsində xeyli sayda rusiyalı hərbçinin həlak olması barədə məlumatlar yayılıb. O zaman ABŞ-ın müdafiə naziri Ceyms Mettis hadisə barədə məlumatlı olmadığını bildirib.
 
Rusiya XİN toqquşmalar nəticəsində Rusiya və MDB ölkələrinin vətəndaşlarının öldüyü və yaralandığını təsdiqləsə də, aralarında hərbçilərin olduğunu təkzib edib.APA
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info