ADU-da bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilib 
Tarix: 19.04.2018 | Saat: 15:22:00 | E-mail | Çapa göndər


Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilib.
Bu barədə ADU-nun ictimaiyyətlə əlaqə departamentindən məlumat verilib.
Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə ali, orta və ilk peşə ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən festival milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörməti inkişaf etdirmək məqsədi daşıyır.
ADU-da bədii yaradıcılıq festivalı universitetin Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən “Musiqi” klubu, Tələbə Həmkarlar Təşkilatı, həmçinin musiqi və incəsənət şöbəsinin birgə təşkilatçılığı ilə keçirilib. Festivalın baxış müsabiqəsində tələbələrin ifa etdikləri şeirlər, yerli və xarici musiqilər, rəqs növləri münsiflər heyəti tərəfindən izlənilib.
İstedadlı tələbələrin müəyyən edilməsi tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti - Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradova, əməkdar incəsənət xadimi şair Baba Vəziroğlu, bəstəkar Nailə Mirməmmədli, Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev, əməkdar artist Təyyar Bayramov, Milli Konservatoriyanın müəllimi Arslan Növrəsli tərəfindən həyata keçirilib.
Qeyd edək ki, festival qaliblərinin yekun konserti may ayında keçiriləcək və qaliblər Təhsil Nazirliyi və ATİAHİ-nin diplom və hədiyyələri ilə mükafatlandırılacaqlar.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info