ADU-da ilk Latın Amerikası film festivalı çərçivəsində növbəti film nümayiş olunub
Tarix: 19.04.2018 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanda təşkil olunan ilk Latın Amerikası Film Festivalı çərçivəsində Kuba istehsalı olan “Davranış” filmi nümayiş olunub.ADU-nun Tərbiyə işləri üzrə prorektoru Sərraf Hüseynov Azərbaycan Dillər Universitetinin, Landmark və Park Cinema Flame Towers otellərinin əməkdaşlığı ilə baş tutan film festivalının Latın Amerikası mədəniyyətinin və ənənələrinin təbliği istiqamətində mühüm addım olduğunu diqqətə çatdırıb. S.Hüseynov bu gün Kuba istehsalı olan filmin nümayişinin maraqlı olacağına və Kuba haqqında təəssürat formalaşdıracağına əminliyini ifadə edib.Kubanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo ADU rəhbərliyinə filmin nümayişinə şərait yaratdıqları üçün təşəkkürünü bildirib. O, filmlərin izləyici kütləsinin daha çox gənclər olması ümidi ilə festivalın təşkil olunduğunu söyləyib. Nümayiş olunacaq film və aktyorlar haqqında qısa məlumat verən səfir filmdə Kuba cəmiyyətindəki, təhsil sahəsindəki çətinliklərin lentə alındığını qeyd edib.
Qeyd edək ki, Argentina, Braziliya, Kolumbiya, Kosta Rika, Kuba, Peru və Meksikanın Azərbaycanda yerləşən diplomatik nümayəndəliklərinin birgə səyi əsasında Bakıda aprelin 16-dan 19-a kimi ilk Latın Amerikası film festivalı təşkil olunub. Bu festival çərçivəsində aprelin 17-də Kosta Rika istehsalı olan “Qayıdış” filmi izlənilib, aprelin 19-da isə Meksika istehsalı olan “Təlimatlar qəbul edilmir” və Peru istehsalı olan “Qədim Dostlar” filmləri nümayiş olunacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info