Samvel Ovannisyan jurnalistləri kütləyə qarışmamağa çağırıb
Tarix: 19.04.2018 | Saat: 17:16:00 | E-mail | Çapa göndər


Müxalifətin etiraz aksiyasının keçirildiyi Yerevanın mərkəzinə əlavə polis qüvvələri cəmlənir. Nümayiş iştirakçılarının həbsi davam edir.
TASS informasiya agentliyi xəbər verir ki, aksiya iştirakçıları üçüncü hökumət binasının qarşısını bağlamağa çalışır. Polis rəisinin müavini general Samvel Ovannisyanın hadisə yerinə gəldiyi bildirilir. O, jurnalistləri polisin işinə maneə olmamağa və kütləyə qarışmamağa çağırıb.
İndiyə qədər 17 aksiya iştirakçısı polis bölmələrinə aparılıb. Qanun keşikçiləri hökumət binasının girişini müxalifətçilərdən təmizləyib, nazirlik və digər qurumların əməkdaşları yalnız bundan sonra iş yerlərinə keçə biliblər.
Etiraz aksiyasının rəhbəri – Ermənistan parlamentinin deputatı Nikol Paşinyan bir qrup tərəfdarı ilə polis tərəfindən mühafizə alınan hökumət binasının yaxınlığına gəlib. O, mitinq iştirakçılarına işə çıxmamağa və aksiyanı davam etdirməyə çağırıb.
Qeyd edək ki, aprelin 19-da Baş nazir Serj Sarkisyanın sədrliyi ilə ölkənin yeni hökumətinin ilk iclası keçiriləcək. Ötən gün müxalifət nazirləri iclasa buraxmamaq üçün hökumət binasının giriş-çıxışını bağlamaq niyyətində olduğunu bildirmişdi.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info