“FlyJacket” sistemi dronu ekzoskelet vasitəsilə idarə edir
Tarix: 19.04.2018 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


İsveçrənin Lozanna Federal Politexnik Məktəbinin mütəxəssisləri pilotsuz uçan aparatın ekzoskelet vasitəsilə idarə edilməsi üçün “FlyJacket” adlı sistem hazırlayıblar.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, sistemlə iş üçün istifadəçinin virtual reallıq kaskası və insanın hərəkətlərini dronun hərəkətləri ilə sinxronlaşdırmağa imkan verən bədənin yuxarı hissəsi üçün yumşaq ekzoskelet geyməsi tələb olunur.
Bildirilir ki, istifadəçi əllərini qanadlar kimi açaraq bədəni döndərməklə və ya əyməklə dronun uçuşunu idarə edir. Bu halda istifadəçi aparatın uçuşunu virtual reallıq kaskası vasitəsilə müşahidə edə bilər.
Məlumata görə, sistem yalnız hərəkətsiz qanadlara malik dronlarla işləyir. Ekzoskelet istifadəçinin uçuş zamanı yorulmamasına görə əllər üçün dayaqlarla təchiz edilib. Tərtibatçıların sözlərinə görə, belə dron idarəetmə sistemi (ekzoskelet vasitəsilə) ənənəvi kontrollerlə müqayisədə daha intuitiv və effektivdir.
Tədqiqatçıların fikrincə, layihə kommersiya potensialına malikdir. Layihə müəllifi Karin Ronon bildirib ki, ekzoskeletin hazırlanması zamanı mütəxəssislər məhsulun qiymətinin əlverişli olması üçün ucuz material və texnologiyalardan istifadə etməyə çalışıblar. Tədqiqatçının sözlərinə görə, bundan başqa, kostyumun ölçüsü çox kiçikdir və onu, məsələn, çantaya yerləşdirmək mümkündür.
Mütəxəssislər tərəfindən texnologiyanın inkişaf etdirilməsi nəzərdə tutulur. Belə ki, onlar çoxsaylı funksiyaların tətbiqi, məsələn, ekzoskeletin köməyi ilə dronun uçuş sürətinin idarə olunması üzərində çalışırlar.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Sürücüsüz avtomobillər nəqliyyatın hərəkəti üçün problemə çevrilə bilər
16.10.2018
Avtomobillərlə 27 yazdılar
16.10.2018
Gün ərzində nə qədər çörək yemək olar?
16.10.2018
Əsnəmək nədir?
16.10.2018
İngiltərənin tarixi adası satışa çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10270

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
4 Vətən uzaqda deyil
5 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info