İƏT Gənclər və İdman nazirlərinin 4-cü sessiyası başa çatıb 
Tarix: 19.04.2018 | Saat: 19:38:00 | E-mail | Çapa göndər


Bu gün Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatı ölkələri Gənclər və İdman Nazirləri konfransının 4-cü sessiyası öz işini başa çatdırıb.
Gənclər və İdman nazirliyinin ev sahibliyi ilə həyata keçirilən tədbir İslam Əməkdaşlıq Təşkilatı, Dialoq və Əməkdaşlıq üzrə İslam Konfransı Gənclər Forumu (İƏT Gənclər Forumu) və İslam Həmrəyliyi və İdman Federasiyasının (İƏT İdman Federasiyası) birgə təşkilatçılığı ilə baş tutub.
İki gün davam edən konfransda İƏT gənclər strategiyası, ortaq gənclər fəaliyyəti və idman üzrə qətnamələr, konfransın yekun hesabatı, nazirlər görüşünün növbəti 5-ci sessiyanın tarixi və yerinin müəyyən olunması ilə bağlı qərar, eləcə də yekun Bakı Bəyannaməsi müzakirə olunaraq qəbul edilib.
Bakı tədbirinin özəl cəhətlərindən biri İƏT tarixində ilk dəfə olaraq bu arealda konrket sahələr, - təhsil, elm, məşğulluq, biznes və s. üzrə gənclərin inkişafına xidmət edəcək gənclər strategiyası, eləcə də bu quruma üzv olan ölkələrin gənclik siyasəti sahəsində fəaliyyətini əlaqələndirəcək ortaq gənclər siyasətinin qəbul edilməsidir. 2025-ci ilədək dövrü əhatə edəcək bu fəaliyyət planları İƏT ölkələrində gənclərlə bağlı ən əhatəli plandır. Hazırki sənədlərin qəbulu Azərbaycanın İƏT ölkələrinin gənclər siyasəti sahəsinə verdiyi önəmli töhfələrdən biri hesab olunur.
Konfransın yekun Bakı Bəyannaməsində bütün qəbul edilən qərarlara üzv ölkələrin öhdəlikləri qeyd olunmaqla yanaşı, Azərbaycan dövləti ilə “həmrəylik və tam dəstək nümayişi” olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpası, qaçqınların geri qaytarılması, İƏT gənclər forumunun mədəniyyətlərarsı dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyasına dəstək verilməsinə üzv dövlətlərin dəvəti, işğal olunmuş ərazilərdə bütün növ gənclər və idman tədbirlərinin boykotu kimi müddəalar da öz əksini tapıb.
Bakı Bəyannaməsində eyni zamanda ayrıca müddəa olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin 11 aprel 2018-ci ildə keçirilən prezident seşkilərində qalib gəlməsi münasibətilə üzv dövlətlərin yekdil təbriki də öz əksini tapıb.
Tədbirdə İƏT Gənclər və İdman nazirlərinin növbəti 5-ci sessiyasının 2020-ci ildə Səudiyyə Ərəbistanında keçirilməsi qərara alınıb.
Qeyd edək ki, İƏT GİN nazirləri Bakı toplantısında 40-dan çox İƏT ölkəsini təmsil edən gənclər və idman üzrə nazirləri, agentlik və komitə sədrləri, eləcə də aparıcı beynəlxalq təşkilat nümayəndələri iştirak edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Polisdən dilənçilərlə bağlı xəbərdarlıq
17.08.2019
Bakı Tikiş Evi: Bu il də məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib
16.08.2019
DOST mərkəzinə 25 000-ci vətəndaş müraciəti qeydə alınıb
16.08.2019
900-dən çox adam daimi yaşamaq üçün Azərbaycana gəlib
16.08.2019
Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələr

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info