Aztəminatlı ailələr üçün meyvə bağları salınıb
Tarix: 19.04.2018 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə aprelin 17-də Ağcabədi, aprelin 18-də isə Bərdə rayonlarında aztəminatlı ailələr üçün meyvə bağları salınıb. IDEA İctimai Birliyindən verilən məlumata görə, ağacəkmə aksiyaları zamanı hər iki rayonda ayrılan 2 hektar ərazidə 1000 ədəd nar ağacı əkilib. Salınan meyvə bağları sözügedən rayonlarda yaşayan aztəminatlı ailələr, o cümlədən şəhid ailələri arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib. Aztəminatlı ailələr bu meyvə bağlarına qulluq edib onlardan məhsul alaraq gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanacaqlar. Meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanıb. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı, daha sonra isə Şəmkir, Ağstafa, Tovuz, Ağdaş, Qax, Lənkəran, Beyləqan və Sabirabad rayonlarında salınaraq aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin istifadəsinə verilib. Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək. Layihə çərçivəsində fındıq, nar, ərik, feyxoa, xurma növlərindən olmaqla ümumilikdə 13000-ə yaxın meyvə ağacları əkilib və 38 aztəminatlı ailə meyvə bağları ilə təmin edilib.
Aztəminatlı ailələr üçün meyvə bağlarının salınması layihəsi çərçivəsində ağacəkmə aksiyaları oktyabr-noyabr aylarında İmişli, Qazax, Qəbələ, Göygöl, Lerik və Quba rayonlarında, gələcəkdə isə ölkənin digər rayonlarında da təşkil ediləcək.
Qeyd edək ki, Ağcabədi və Bərdə rayonlarında meyvə bağlarının salınması üzrə təşkil edilən aksiyalara 400 nəfər yerli gənc könüllü olaraq qoşulub. IDEA ətraf mühitə laqeyd qalmayaraq, aksiyada iştirak etmiş bütün könüllülərə və tədbirin keçirilməsinə dəstək vermiş qurumlara təşəkkürünü bildirir.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Ağdamda keçirilən əmək yarmarkasında 51 nəfərə işə göndəriş verilib
18.09.2019
Muxtar respublikada istehlak bazarına ciddi nəzarət edilir
18.09.2019
Masallıda “Heydər Əliyev məfkurəsinin gənclər arasında təbliği” mövzusunda ekskursiya təşkil edilib
18.09.2019
Masallı Rayon İcra Hakimiyyəti başçısının Həsənli inzibati dairə ərazisinin Köçəkli kəndində səyyar görüşü
18.09.2019
“Tariximizi öyrənək və təbliğ edək” mövzusunda Masallı şəhər Tarix-Diyarşünaslıq muzeyinə ekskursiya təşkil edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info