“Mehmanxanaların, iaşə obyektlərinin özəlləşdirilməsi turizm potensialının artmasına imkan verir”
Tarix: 19.04.2018 | Saat: 21:51:00 | E-mail | Çapa göndər


Vüqar Bayramov: “Bölgələrdə özəlləşdirilən müəssisələrin yenidən fəaliyyəti regionların sosial-iqtisadi inkişafını daha da sürətləndirir”

Müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev bazar iqtisadiyyatına keçid dövründə özəlləşdirməni islahatların başlıca istiqamətlərindən biri kimi müəyyən etdi. Ulu Öndər özəlləşdirmənin səmərəli təşkilinin vacibliyini ön plana çəkmişdir. Ümummilli liderin rəhbərliyi ilə özəlləşmə sahəsində Dövlət Proqramları hazırlanıb, bu sahədə genişmiqyaslı islahatlar həyata keçirilib. Ulu Öndərin özəlləşdirmə və dövlət əmlakının idarə edilməsi sahəsində müəyyən etdiyi strategiya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə də uğurla davam etdirilmişdir. İnkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan iqtisadiyyatı son illər ərzində dinamik inkişaf edib, istehsalın şaxələndirilməsi istiqamətində ciddi mühüm nəticələr əldə edilib. İqtisadiyyatın ayrı-ayrı sahələrində yeni müəssisələr yaradılır, sahibkarlar ordusu formalaşır.

Son illər həyata keçirilən özəlləşdirmə prosesini müsbət qiymətləndirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov bildirib ki, son dövrlər həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində Sovet dövründən qalan müəssisələrin fəaliyyəti yenidən bərpa edilir. Bu olduqca müsbət haldır. Apardığımız təhlillər göstərir ki, özəlləşdirilmə nəticəsində belə müəssisələrə investisiya cəlb olunub, müasir avadanlıqlarla təchiz edilib, istehsal gücü artırılıb.

İqtisadçı alim deyib ki, həmin müəssisələrdə istehsalın canlanması daxili tələbatımızın ödənilməsinə imkan verir. Eyni zamanda bununla xarici bazarlara çıxış imkanı artır. İSİM sədri deyib ki, əhəmiyyətli məqamlardan biri bölgələrdə özəlləşdirilən müəssisələrin yenidən fəaliyyəti regionların sosial-iqtisadi inkişafını daha da sürətləndirir: “Bu isə regionlarda yeni iş yeri açılmaqla insanların yaşayış səviyyəsində müsbət dinamikaya təkan verir. Bu gün də ölkədə uğurla fəaliyyət göstərən bir çox müəssisələrə, o cümlədən iri müəssisələrə diqqət yetirsək görərik ki, əksəriyyəti vaxtilə özəlləşdirilmiş müəssisələrdir. Belə müəssisələrə iqtisadiyyatımızın bütün sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı, turizm, bankçılıq, rabitə, nəqliyyat və digər sahələrdə rast gəlmək olar”.

Konkret özəlləşdirmə istiqamətləri toxunan Vüqar Bayramov deyib ki, mehmanxanaların, iaşə obyektlərinin özəlləşdirilməsi ölkənin turizm potensialının artmasına imkan verir. “Alov Qüllələri”, “Həyat Recensi”, “Cümeyrah Bilgəh” kimi otellərin, “Azərbaycan Mehmanxanası”nın (“Hilton” hotel), o cümlədən regionlarda yerləşən “Şahdağ Mehmanxanası”nın, “Salyan Mehmanxanası”nın, “Zaqatala Mehmanxanası”nın və digər mehmanxanaların fəaliyyətini buna misal göstərmək olar. Bundan başqa quşçuluq sənayesinin inkişafında öz müsbət təsirləri ilə seçilən bir sıra özəlləşən müəssisələr vardır. “Siyəzən Broyler”, “Dəvəçi Broyler”, “Giləzi Quşçuluq”, “Cəlilabad Broyler”, “Goradil Quşçuluq” kimi iri quşçuluq müəssisələrinin fəaliyyəti bu sahənin ÜDM-da payının artmasına şərait yaradıb.

İqtisadçı alim bildirib ki, ölkəmizdə şərabçılıq sahəsi üzrə də fəaliyyətini genişləndirən müəssislər də az deyil. “Xanlar Aqrosənaye”, “Gəncə Şərab-2”, “Bakı Şampan Şərabları”, “Bakı Şərab-2”, “Cəlilabad Şərab-2”, “Siyəzən Şərab”, “Tovuz-Şərab-2” kimi müəssisələri sadalamaq olar. Tikinti, yol infrastrukturu sahəsi üzrə fəaliyyət göstərən “Qaradağ Sement”, “Azərboru” ASC, “Azyolmaş”, “Azərkörpü”, “Sabirabad Dəmir Beton”, digər sahəyə aid olan “Baku Steel Company”, “Bakı Mayesiz Transformatorlar” kimi belə müəssisələrin fəaliyyəti də iqtisadi inkişafa töhfə verir. Bundan başqa konserv emal zavodlarIn fəaliyyəti bu sahə üzrə daxili tələbatın ödənilməsinə imkan verir. “AzNar” QSC, “Qax-Konserv”, “Qazax-Konserv”, “Xudat-Konserv” kimi müəssisələrin fəaliyyəti konservləşdirilmiş məhsulların istehsalını təmin etməklə ölkənin iqtisadi potensialı artırır.

Konkret rəqəmlərə istinad edən Vüqar Bayramov bildirib ki, dövlət əmlakının özəlləşdirilməsi prosesində indiyədək sənaye, ticarət, nəqliyyat, rabitə və digər xidmət sahələrində 47 minə yaxın kiçik dövlət müəssisə və obyekti xüsusi mülkiyyətə verilmiş, 1600-ə yaxın orta və iri müəssisə səhmdar cəmiyyətlərinə çevrilmiş və onların səhmləri özəlləşdirilmişdir. Azərbaycanda genişmiqyaslı özəlləşdirmə tədbirlərinin həyata keçirilməsi prosesinin məntiqi nəticəsi olaraq müəssisələrin əmək kollektivlərinin üzvləri və digər vətəndaşlar işlədikləri, eləcə də maraq doğuran başqa müəssisələrin mülkiyyətçilərinə və səhmdarlarına çevrilmişlər. Özəlləşdirilmə prosesində 300 minə yaxın adam səhm sahibi olmuş, 520 min nəfərdən çox insanı əhatə edən mülkiyyətçilər təbəqəsi formalaşmışdır. Təkcə investisiya müsabiqələri vasitəsilə özəlləşən 100-ə yaxın müəssisəyə təxminən 1,1 milyard ABŞ dolları investisiyalar yatırılmış, istehsalın həcmi 1,5 milyard manat artmışdır.Özəlləşdirmə əhalinin məşğulluğunun təmin edilməsində də əhəmiyyətli rol oynamışdır. Hesablamalara görə, özəlləşdirilmiş müəssisələrdə 300 mindən çox yeni iş yeri yaradılmışdır. Nəticədə Ümumi Daxili Məhsulda özəl sektorun xüsusi çəkisi 85%-ə yaxın olmuşdur.

Özəlləçdirmədə elektron xidmətlərdən istifadənin genişləndiyini bildirən İSİM sədri deyib ki, hazırkı inkişaf mərhələsində dövlət əmlakının özəlləşdirilməsi sahəsində yeni çağırışları və iqtisadi reallıqları nəzərə alaraq müasir yanaşmaların tətbiqi önə çəkilib. Ölkə başçısı İlham Əliyevin müəyyənləşdirdiyi prioritetlərə uyğun olaraq həyata keçirilən özəlləşdirmə prosesində maksimum şəffaflığı təmin etmək və böyük əhali kütləsini bu prosesə cəlb etmək üçün mühüm yeniliklər tətbiq edilir. Özəlləşmə sahəsində yeni mərhələ olan, unikallığı və funksionallığı ilə seçilən Elektron hərracın istifadəsi bu sahəyə investorların marağını artırıb. Özəlləşdirilmə prosesinin daha da sürətləndirilməsi, prosesə investorların daha rahat qatılması üçün Özəlləşdirilmə portalı fəaliyyətini davam etdirir.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info