«Armenianreport.com» :”Belarus və Qazaxıstan hələ də Azərbaycanı müdafiə edirlər”
Tarix: 19.04.2018 | Saat: 23:33:00 | E-mail | Çapa göndər



Vaxtilə qədim yunan filosofu Aristotel yazırdı ki, «Bütün ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında törədilən ədalətsizlikdir». Öz ədalətsizliyini, haqsızlığını dünyaya haqlı kimi sırımağa çalışan millətlərin aqibəti həmişə faciə ilə sonuclanıb. Əsas məsələyə keçək. Beləliklə, hazırda Ermənistanda Serj Sarkisyanın baş nazirliyinə etiraz edənlər, onun 10 illik prezidentliyi dövründə ölkəni üzləşdirdiyi faciənin miqyasını anlamaqda çətinlik çəkdiklərini etiraf etməyə başlayıblar.

Təbii ki, bunlar öz yerində. Lakin erməniləri qıcıqlandıran əsas məsələlərdən biri də Sarkisyanın Ermənistana müttəfiq seçərkən də yeritdiyi siyasətin yarıtmazlığıdır. Bunun üçün Sarkisyanın «müttəfiq olaraq təyin etdiyi ölkələrin davranışlarını təqib etmək kifayətdir». Bu fikirlər «armenianreport.com» saytından götürülüb.
Saytın yazdığına görə, Sarkisyan hakimiyyəti dövründə ölkənin iqtisadi geriləməsinin rəqəmləri ilə tanış olmaq öz yerində, lakin onun yürütdüyü səbatsız xarici siyasət daha acı bəhrəsini verməkdədir. Sayt Rusiyanın «Kommersant» qəzetində Belarusun on birdən çox raket qurğusunu («Polonez») Azərbaycana satacağına diqqət çəkir. Doğrudan da, ermənilər üçün ağır dərddir. Onlar, hətta birgə qatıldıqları təşkilatlarda ittiham etmədikləri dövlət başçıları belə, qoymayıblar. Ermənilər saytın dilindən yenə də öz havalarını çalırlar: «Lukaşenko bir daha müttəfiq münasibətlərinə xəyanət etdi. Ölkəmizin yeni bir gerçəyinə reaksiyasını açıq bir şəkildə gözardı etdi. Bu, Lukaşenko tərəfindən Ermənistana qarşı edilən ilk xəyanət deyil. Hesab edirəm ki, sayğacımı itirmişəm. Lakin ermənilərin dostu, bloger Aleksandr Lapşinin, məhz elə Lukaşenkonun tapşırığı ilə Bakıya verilməsini xatırlamağa dəyər. Məhz elə bu xidmətlərinə görə Bakıdan yüksək mükafatlar alan Lukaşenko «onlara işləməyə» söz verib. Halbuki Belarus bir sıra birliklərdə Ermənistanla olduğunu bəyan edib. Budurmu onların «ittifaqi»? Bunlar öz yerində, məgər başqa müttəfiqimiz -Qazaxıstan fərqli hərəkət edirmi? Təbii ki, yox. Bu ölkə bizimlə eyni birliklərdə təmsil olunsa da, həmişə Bakının hüquq müdafiəçisi kimi çıxış edir. Bu gün Ermənistanı Gömrük İttifaqına qatmaqla onu, bir növ Nazarbayev və Lukaşenko qarşısına atdılar. Onlar Qarabağı bu ittifaqa qatmamaqla Azərbaycanla birlikdə olduqlarını ortaya qoydular. Hətta 2016-cı ilin Aprel müharibəsindən sonra da bu ölkələr bizimlə bir ittifaqda olmalarına baxmayaraq, Azərbaycanı, hətta qınamağı belə özlərinə borc bilmədilər.
Başqa bir nüans. Maraqlıdır, əgər ən yaxın müttəfiq bildiyimiz Rusiya bizə və ölkəmizə qarşı həmişə hörmətsizlik nümayiş etdirirsə, bu halda Qazaxıstan və ya Belarusu bütün olanlarda günahlandırmağa dəyərmi? Belə görünür ki, bunlar Azərbaycanı silahlandırmaqla, ermənilərin ölümünə sponsorluq etmiş olurlar. Daha önəmlisi, bu gün Kreml Bakının başqa bir yerdən silah almasına belə, etiraz etmir. Ən yaxın müttəfiq kimi dəyərləndirdiyimiz Moskva Minski antierməni hərəkətlərinə görə qınamır.
Bütün bunlara görə də, bu gün həm Gömrük İttifaqı, həm də Avrasiya İqtisadi Birliyi daxilində böyük problemlər yaşanır. Belə ki, Rusiya və Belarus öz aralarında artıq ticarət müharibəsini açıq şəkildə aparmağa başlayıblar. Minsk mallarına öz bazarlarında qadağa qoyan Moskvaya qarşı Belarus dövləti yeni bazarlar axtarışına çıxıb. Qeyd edilməlidir ki, belə münasibət Moskva tərəfindən Qazaxıstan dövlətinə qarşı da nümayiş etdirilib.
Bütün bunlar həm Müstəqil Dövlətlər Birliyinin, həm Gömrük İttifaqının, həm Avrasiya İqtisadi Birliyinin, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ölü bir layihə olduğuna dəlalət edir. Bunlar təkcə iqtisadi cəhətdən deyil, həm də siyasi cəhətdən artıq ölmüş olan layihələrdir. Bütün bunların başında duran Rusiya isə elə bir xəstəliyə tutulub ki, bu xəstəlik təkcə Rusiya üçün deyil, həm də bu birliklərə daxil olan bütün ölkələr üçün təhlükəlidir».
Maraqlıdır ki, bütün olanlarda Ermənistan təkcə özünü haqlı bilir. Unudur ki, iqtisadiyyatı olmayan, bütün qonşu dövlətlərə qarşı torpaq iddiası ilə çıxış edən bu cırtdan ölkə, onlar üçün o qədər də maraq kəsb etmir. Ermənilərin bu təşkilat üzvlərindən qorunmalarına yardım tələb etmələri isə absurddur.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi seçilməməsi Paşinyana ciddi zərbə olacaq”
21.11.2018
Çavuşoğlu S-400-lə bağlı məsələyə son qoydu: “Anlaşmanın ləğv edilməsi mümkün deyil”
21.11.2018
RecExpo 2018-də Monteneqronu kəşf et: 2019-da açılacaq ruhlandırıcı dənizkənarı kurort Portonovi
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info