ABŞ-ın yəhudi və xristian din xadimlərindən Azərbaycana dəstək
Tarix: 20.04.2018 | Saat: 01:09:00 | E-mail | Çapa göndər


Ravvin Mark Şnayer: “Azərbaycanda əmin-amanlıq mühitinin yaradılmasında ölkə rəhbərliyinin müstəsna rolu var”

“Azərbaycanın hələ 100 il əvvəl, ABŞ-dan daha öncə dinindən, etnik mənsubiyyətindən və cinsindən asılı olmayaraq insanlara seçki hüququ veribi və azadlıqları təmin edib”


ABŞ-ın Etnik Anlaşma Fondunun yaradıcısı və rəhbəri ravvin Mark Şnayerin, “Eagles’ Wings” yevangelist təşkilatının icraçı direktoru, xristian yevangelistlərin nüfuzlu liderlərindən olan yepiskop Robert Störnsin və “Northwood” kilsəsinin baş protestant keşişi Bob Robertsin təşkilatçılığı ilə Birləşmiş Ştatların Konqresində Azərbaycan-İsrail münasibətlərinə, habelə Azərbaycanda yəhudi, xristian və müsəlman əhali arasında qarşılıqlı anlaşmaya və ölkəmizdəki tolerantlığa həsr olunan tədbir keçirilib. Azərbaycan Respublikasının yaradılmasının 100 illiyi və İsrail Dövlətinin 70 illiyi ərəfəsində təşkil olunmuş tədbirə ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri Stiv Kohen, Konqresin üzvü Henri Kuellar, konqresmenlərin ofislərinin əməkdaşları, nüfuzlu xristian-yevangelist din xadimləri, habelə yəhudi və xristian icmalarının nümayəndələri iştirak ediblər. Tədbirə, həmçinin ABŞ-ın və İsrailin media nümayəndələri qatılıblar. Tədbiri açan ravvin Mark Şnayer ölkəmizin mədəniyyətlərarası dialoqa töhfələrini, eləcə də Azərbaycan-İsrail münasibətlərinin yüksək səviyyəsini qeyd edib. O, Azərbaycandakı tolerantlıq ənənələrindən və yəhudi icması üçün yaradılmış gözəl şəraitdən bəhs edib, Azərbaycana səfərlərinin təəssüratlarından danışıb. Ravvin, həmçinin Prezident İlham Əliyevlə bir neçə dəfə görüşü barədə xoş təəssüratlarını paylaşıb və Azərbaycandakı əmin-amanlıq mühitinin yaradılmasında ölkə rəhbərliyinin müstəsna rolu olduğunu qeyd edib. Azərbaycanın digər 57 İslam ölkəsi arasında nadir rolunu və İsraillə münasibətlərinin uğurlu inkişafını təqdir edən ravvin ölkəmizin bu sahədə xüsusi seçildiyini və həqiqi dostluq münasibətlərində olduğunu, yerli yəhudi icmasına göstərdiyi münasibətin önündə, habelə dinlərarası və mədəniyyətlərarası əməkdaşlığın qlobal liderləri arasında olduğunu diqqətə çatdırıb. Ravvin 2017-ci ilin sentyabr ayında BMT Baş Assambleyasının 72-ci sessiyası zamanı Nyu-Yorka səfər etmiş Prezident İlham Əliyevlə, bundan əvvəl isə 2017-ci ilin may ayında Azərbaycanın BMT-yə üzvlüyünün 25 illiyi münasibətilə keçirilən tədbirlərə qatılmaq məqsədilə Nyu-Yorka səfər etmiş xarici işlər naziri Elmar Məmmədyarovla bir qrup nüfuzlu xristian və yəhudi din xadimləri arasında keçirilmiş görüşlərdə şəxsən iştirakını xatırladıb. O qeyd edib ki, sözügedən görüşlər Azərbaycan Prezidentinin müsəlman, xristian və yəhudi icmaları ilə münasibətlərə verdiyi əhəmiyyətin və ölkəmizin bu sahədə aparıcı rola malik olmasının bariz nümunəsidir. Sonra çıxış edən Konqresin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri konqresmen Stiv Kohen Azərbaycanla İsrail arasında münasibətlərdən məmnunluğunu ifadə edib, bu münasibətlərin ölkəmizin əhəmiyyətinin göstəricisi olduğunu vurğulayıb. Ölkəmizin tolerantlıq və mədəniyyətlərarası dialoq sahəsində oynadığı rol Kohen tərəfindən təqdir edilib. ABŞ-da və dünyada böyük bir şəbəkəyə və nüfuza malik “Eagles’ Wings” yevangelist təşkilatının icraçı direktoru, yepiskop Robert Störns də ölkəmizin dinlərarası əməkdaşlığa töhfələri barədə danışıb, Azərbaycanın İsraillə strateji münasibətlərini alqışlayıb. Yepiskop Störns Azərbaycan Prezidenti və xarici işlər naziri ilə Nyu-Yorkda keçirilmiş görüşlərə qatıldığını və bu görüşlərdən sonra Azərbaycanın dinlərarası dialoqa töhfəsini aşkarladığını diqqətə çatdırıb. Bu xüsusda, “İslam Həmrəyliyi İli” münasibətilə keçirilmiş tədbirlərə qatılarkən Azərbaycanın nadir rolunun bir daha şahidi olduğunu bildirib. Belə ki, Azərbaycanın əhalisinin 95 faizinin müsəlman olmasına baxmayaraq, Azərbaycan rəhbərliyi “İslam Həmrəyliyi İli” tədbirlərinə müsəlmanlarla yanaşı, yəhudi və xristian xadimlərini də dəvət edib. Bununla yanaşı, Azərbaycanın Milad bayramını və Yeni ili xüsusi təmtəraqla qeyd etməsi bu ölkənin tolerantlığa nümunə olmasını və dövlət başçısının bu prinsiplərə sadiqliyini bir daha nümayiş etdirir. Robert Störns Bakıda olduğu müddətdə çoxsaylı davamçılarına videomesajla səslənib və Azərbaycanın əhəmiyyətindən danışıb. O, Konqresdə keçirilmiş tədbirdən sonra da videomesaj vasitəsilə həmin tədbirin əhəmiyyətindən bəhs edib və davamçılarını Azərbaycanın xeyrinə dua etməyə çağırıb. Protestant keşişi (pastor) Bob Roberts çıxışı zamanı ABŞ-da uzun müddət müsəlmanlarla xristianlar arasında dialoqun və əməkdaşlığın inkişafı istiqamətində gördüyü işlərdən bəhs edib. Bu xüsusda, Azərbaycanın vacib və əvəzedilməz roluna işarə edən pastor Roberts öz həmkarlarının Azərbaycanla əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirib. Səfir Elin Süleymanov çıxışı zamanı Konqresdə keçirilən sözügedən tədbirin Azərbaycan Respublikasının yenidən seçilmiş Prezidenti İlham Əliyevin inauqurasiya mərasimi ilə bir vaxta təsadüf etdiyini, ölkəmizin liderinin Azərbaycan-İsrail münasibətlərinin uğurla inkişaf etməsində əsas rola malik olduğunu diqqətə çatdırıb. Bu xüsusda, səfir Süleymanov ravvin Şnayer və yepiskop Störnsin Prezident İlham Əliyevin seçkilərdə inamlı qələbəsi münasibətilə ünvanladıqları təbrik məktubuna və Azərbaycanın dünyada əhəmiyyətli rolunu vurğuladıqlarına görə minnətdarlığını bildirib. Səfir Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyi, ölkəmizin daha da inkişafı və icmalararası həmrəyliyə töhfəsi istiqamətində işlərin bundan sonra da uğurla davam edəcəyini vurğulayıb. Səfir qeyd edib ki, Azərbaycan xalqının tolerantlıq ənənələri ilə yanaşı, ölkəmizdə açıq tolerantlıq və millətlərarası əmin-amanlıq mühitinin formalaşmasında ölkə rəhbərinin dünyaya baxışı mühüm rol oynayır. O diqqətə çatdırıb ki, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçərkən həm də tolerantlıq və dialoq ənənələrinin davam etməsinə səs verib. Azərbaycanla İsrail, habelə Azərbaycanın yəhudi və müsəlman əhalisi arasında tarixi köklərə əsaslanan münasibətlər barədə danışan səfir Azərbaycanla İsrail arasında möhkəmlənən tərəfdaşlığın İsrailin 70 illiyinə və Azərbaycan Respublikasının 100 illiyinə təsadüf etdiyini diqqətə çatdırıb. O, Azərbaycanın hələ 100 il əvvəl, ABŞ-dan daha öncə dinindən, etnik mənsubiyyətindən və cinsindən asılı olmayaraq insanlara seçki hüququnu verdiyini və azadlıqlarını təmin etdiyini vurğulayıb. Səfir Azərbaycanın bu ənənəsinin digər ölkələr üçün nümunə olduğunu bildirib.
Anar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info