“Azərbaycan həm Qərb, həm də Şərq üçün, sözün əsl mənasında, ən etibarlı strateji tərəfdaşa çevrilib”
Tarix: 20.04.2018 | Saat: 01:25:00 | E-mail | Çapa göndər


Ölkə iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər öz uğurlu nəticəsini verməkdədir. Prezident İlham Əliyev öz çıxışında bu sahədə mövcud vəziyyətlə bağlı məqama toxunaraq bildirib ki, son 15 il ərzində iqtisadi islahatlar aparılıb və iqtisadi məsələlərə xüsusi diqqət yetirilib: “Mən dəfələrlə demişəm və həyat bunu göstərir, ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər. Biz çalışırdıq ki, iqtisadi müstəqilliyə çataq və buna da nail olduq. Biz indi heç bir kreditə möhtac deyilik, özümüz kreditlər veririk. Ölkəmizə 230 milyard dollardan çox sərmayə qoyulub. Ölkəmizdə çox gözəl investisiya iqlimi var. Xarici və yerli sərmayə ölkəmizə bundan sonra da qoyulacaq”.

Mütəxəssislər də bu gün ölkə iqtisadiyyatının inkişafını müsbət qiymətləndirir və bunu uğurlu siyasətin nəticəsi kimi dəyərləndirirlər. İqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirdi ki, Prezident İlham Əliyev andiçmə mərasimində qarşıdakı yeddi ildə bütün səviyyələrdən olan islahatların daha da dərinləşdirilməsi və ölkənin iqtisadi qüdrətinin möhkəmləndirilməsi istiqamətində atılacaq addımların anonsunu verdi: “Güclü iqtisadiyyatın nə demək olduğundan bəhs edərkən ölkə başçısı “yalnız iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilər” dedi. Son 15 ildə Prezidentin bilavasitə rəhbərliyi altında aparılan iqtisadi islahatlar Azərbaycanda güclü iqtisadiyyat və güclü dövlət yaratmağa imkan verdi. Aparılan bu islahatlar və düşünülmüş daxili və xarici siyasət nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunun ən nüfuzlu dövlətinə çevrildi. İndi Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların keçirdikləri reytinqlərdə nəinki MDB dövlətlərini, hətta dünyanın bir çox inkişaf etmiş ölkələrini geridə qoyur. Azərbaycan hökuməti 2004-cü ildən başlayaraq yaxın 10-15 il ərzində ölkə iqtisadiyyatının neftdən asılılığını aradan qaldırmaqla sürətli inkişaf strategiyasını müəyyənləşdirdi. Hökumət neft pullarının daimi olmadığını yaxşı bildiyindən iqtisadiyyatın köklü şəkildə yenidən qurulması işlərinə başladı. Bir sözlə, iqtisadiyyatın qeyri-neft sektorunun sürətli inkişafı prosesinə start verildi. 2004-cü ildən başlayaraq Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində iri infrastruktur layihələri reallaşdırıldı. Bu illər ərzində bölgələrin enerji, qaz, su təchizatının yüksək səviyyədə təmin edilməsi, yol infrastrukturunun yenidən qurulması sahəsində inqilabi nəticələrə gətirib çıxaran layihələr həyata keçirildi. Görülən işlərin nəticələri özünü çox gözlətmədi. Bir neçə il ərzində Ümumi Daxili Məhsulda qeyri-neft sektorunun payı 50 faizdən 70 faizə qədər yüksəldi. Bu, bir neft ölkəsinin iqtisadiyyatında baş verən əsl inqilab idi”.
İndiyə qədər dünyanın heç bir neft ölkəsində buna bənzər dönüş müşahidə olunmadığını deyən iqtisadçının sözlərinə görə, bu illər ərzində ölkənin keçdiyi iqtisadi inkişaf yolu rəqəmlərin dili ilə daha aydın görünür, 2004-2017-ci illər ərzində ümumi ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı 2,8 dəfə, qeyri-neft ixracı isə 4,1 dəfə artıb: “Bu müddətdə dövlət büdcəsinin gəlirləri 13,3 dəfə artaraq, 1,5 milyard manatdan 20,1 milyard manata çatıb. Sənaye istehsalı 2,6 dəfə, valyuta ehtiyatlarımız 24 dəfə artaraq, bu gün 44 milyard dollara çatıb. Adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan indi dünya ölkələri arasında ön sıradadır. Ötən müddət ərzində ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə yatırılıb, bunun yarısını xarici investisiyalar təşkil edir. Azərbaycan adambaşına düşən sərmayələrin həcminə görə də dünya ölkələri arasında ən qabaqcıl yerlərdən birini tutur. Əgər 2004-cü ilə qədər ölkəmizdə 3900 meqavat gücündə olan 9 elektrik stansiyası vardısa, 2004-2017-ci illər ərzində yeni və müasir, generasiya gücü 2500 meqavat olan 30 elektrik stansiyası tikilib istifadəyə verilib. Bu, Sovetlər dönəmi də daxil olmaqla 2004-cü ilə qədərki 84 il ərzində mövcud olmuş elektrik stansiyalarının generasiya gücünün 64 faiz artırılması deməkdir və cari ildə hökumət həmin artımın 74 faizə çatdırılmasını hədəfləyir. Biz indi nəinki ölkəmizin elektrik enerjisinə olan tələbatını tam ödəyirik, hətta elektrik enerjisi də ixrac edirik. Eyni uğurlar regionların qazlaşdırılması, su təchizatı və digər başqa sahələrdə də əldə olunub. 2004-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faiz idisə, indi bu rəqəm 93 faizi ötüb. Cari ildə ölkədə qazlaşdırmanı 95 faizə çatdırmaq nəzərdə tutulur. Hazırda Azərbaycanın ən ucqar dağ kəndlərinin qazlaşdırılması prosesi gedir. Ötən illər ərzində kənd təsərrüfatının inkişafı üçün böyük meliorativ tədbirlər görülüb – Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay kimi dörd nəhəng su anbarı tikilərək istifadəyə verilib. Bunun nəticəsidir ki, keçən il 100 min hektardan çox suvarılmayan torpaq sahəsi istifadəyə yararlı vəziyyətə gətirilib və bu il də bir o qədər torpağın əkin dövriyyəsinə qaytarılması nəzərdə tutulub. 2004-2017-ci illər ərzində ölkəmizdə ümumilikdə 12 min 300 kilometr yol çəkilib, cari ildə bu rəqəmin 15 min kilometrə çatdırılması gözlənilir. Ötən dövr ərzində Azərbaycanda yeddi aeroport tikilib istifadəyə verilib ki, onlardan da altısı beynəlxalq aeroport statusuna malikdir”.
Bu illər ərzində ölkə iqtisadiyyatının belə sürətli inkişafı dövlətimizin maliyyə imkanlarının kifayət qədər genişlənməsinə, bu isə öz növbəsində sosial məsələlərin yüksək səviyyədə həll edilməsinə imkan yaratdığını deyən F.Yusifov bildirdi ki, 2004-2017-ci illər ərzində ölkədə əməkhaqları 5 dəfədən, pensiyalar isə 8 dəfədən çox artıb, işsizliyin səviyyəsi 5 faizə, yoxsulluğun səviyyəsi isə 5,4 faizə enib. Xatırladaq ki, 2004-cü ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faiz idi. Ötən dövrdə Azərbaycanda 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilib, yaxud təmir edilib, 43 Olimpiya İdman Kompleksi inşa olunub. Bütün bu görülən işlər və əldə olunan yüksək nəticələr hesabına indi Azərbaycan həm Qərb, həm də Şərq üçün, sözün əsl mənasında, ən etibarlı strateji tərəfdaşa çevrilib. Müasir və multikultural dəyərləri ilə dünyəvi bir dövlətə çevrilmiş gənc Azərbaycan Respublikasının qısa bir zamanda əldə etdiyi uğurlar, heç şübhəsiz, ölkədə aparılan ardıcıl və davamlı islahatların məntiqi nəticəsidir. Bu gün bütün sahələrdə Cənubi Qafqazın lider dövləti statusunu qazanmış və dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevrilmiş Azərbaycan öz iqtisadi və hərbi qüdrətinə arxalanaraq işğal altındakı torpaqlarını bir neçə gün ərzində azad etmək iqtidarındadır. İqtisadçı onu da qeyd etdi ki, son 15 ildə yüksək uğurlara imza atmış müasir Azərbaycan dövləti artıq təkcə ölkəmizdə yaşayan azərbaycanlıların yox, 50 milyonluq bütün dünya azərbaycanlılarının dövlətinə çevrilib. Bu güclə, bu qüdrətlə hesablaşmamaq isə mümkün deyil.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür
09.11.2018
Ermənistanın bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir
09.11.2018
Hər bir vətəndaşın borcudur ki, bayrağımızın əbədi dalğalanması üçün üzərinə düşəni etsin
09.11.2018
Azərbaycanın üçrəngli bayrağı özündən əvvəlki bayraqların varisidir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info