Polşa Prezidenti: “Azərbaycanın mühüm rol oynadığı beynəlxalq layihələr regionun rifahını, təhlükəsizliyini və sabitliyini təmin edəcək”
Tarix: 20.04.2018 | Saat: 01:27:00 | E-mail | Çapa göndər


Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Prezidentini təbrik edib: “Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik etmək istərdim. Bu mühüm və məsuliyyətli vəzifənin icrasında Sizə uğurlar və müvəffəqiyyətlər arzu edirəm. Mən inanıram ki, Polşa ilə Azərbaycan arasındakı səmərəli əməkdaşlıq və dostluq münasibətləri dinamik inkişaf edərək ölkələrimizə və xalqlarımıza mühüm töhfə verəcək. Keçən ilin iyun ayında Polşaya səfəriniz sayəsində iki ölkə arasında əlaqələr ən yüksək səviyyədə yeni mərhələyə qədəm qoydu. Biz xüsusən də iqtisadiyyat sahəsində birgə layihələrin həyata keçirilməsi vasitəsilə bu əlaqələri daha da genişləndirmək istərdik. Əminəm ki, Sizin prezidentliyinizin yeni dönəmində Azərbaycan hərtərəfli inkişaf, həmçinin yeni strateji əməkdaşlıq razılaşması çərçivəsində Avropa İttifaqı ilə əlaqələrin genişlənməsi üçün əlavə imkanlar əldə edəcək. Ümidvaram ki, Azərbaycanın mühüm rol oynadığı bir neçə beynəlxalq infrastruktur və nəqliyyat layihələri regionun davamlı rifahını, təhlükəsizliyini və sabitliyini təmin edəcək. Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsində və uğurlu sosial-iqtisadi islahatların aparılmasında Sizə müvəffəqiyyətlər arzu edirəm”. Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili, Koreya Respublikasının Prezidenti Mun Ce-in, Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö, Xorvatiya Respublikasının sabiq Prezidenti Stepan Mesiç də təbrik ünvanlayıblar.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info