Son 15 ildə Qəbələdə 17 minə yaxın yeni iş yeri açılıb
Tarix: 20.04.2018 | Saat: 13:05:00 | E-mail | Çapa göndər



2018-ci ilin birinci rübü Qəbələ rayonunun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaddaqalan olub. Həmin dövr ərzində iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 40,321,0 min manatlıq məhsul istehsal edilib, ötən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı rayon üzrə 21,6 faiz artıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı sənayedə 17,3 faiz, kənd təsərrüfatında 3,2 faiz, 92,6 faiz artıb. Əsas kapitala yönəlmiş investisiyanın həcmi 9,813,0 min manat, tikinti quraşdırma işlərinin həcmi isə 9,463,0 min manat təşkil edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu rəqəmlər ötən 3 ay ərzində Qəbələ rayonunun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərə dair hesabat yığıncağında səsləndirilib.
Yığıncaqda çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev bildirib ki, rüb ərzində şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması sahəsində ikinci mərhələ üzrə işlər davam etdirilib, 120 yerlik uşaq bağçasının, Nic-Mıxlıqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx kəndlərarası avtomobil yolunun tikintisinə başlanılıb. Gömrük Akademiyasının inzibati binasında, atçılıq kompleksində tikinti işləri davam etdirilib. Bunlarla yanaşı, şəhərin beşmərtəbəli və ikimərtəbəli yaşayış binalarında əsaslı təmir işlərinə başlanılıb. Hesabat dövründə açılmış yeni iş yerlərinin sayı 201 olub ki, həmin iş yerlərinin hamısı daimidir. Qəbələdə 2003-cü ilin oktyabr ayından 2018-ci il aprelin 1-dək 15 min 108-i daimi olmaqla, ümumilikdə, 16 min 907 yeni iş yeri açılıb.
Ötən 3 ayda rayon üzrə iri buynuzlu mal-qaranın baş sayı 46 min 343-ə çatdırılıb. Keçən ilin eyni dövrü ilə müqayisədə ət, süd və yumurta istehsalında artım qeydə alınıb. Bu günlərdə rayonda yazlıq bitkilərin əkininə başlanılıb.
Yığıncaqda idarə və təşkilat rəhbərlərinin hesabat məruzəsi dinlənilib, bir çox sahələrdə mövcud vəziyyət ətraflı müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info