“Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını ifşa edir”
Tarix: 20.04.2018 | Saat: 15:35:00 | E-mail | Çapa göndər


Aprelin 20-də Bakıda Müəllif Hüquqları Agentliyinin (MHA) təşkilatçılığı ilə keçirilən “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən Müəllif Hüquqları Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov ənənəvi tədbirin mahiyyətındən, hər il aktual bir mövzuya həsr olunmasından danışıb. Bildirilib ki, Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə keçirilən bu konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilib.
K.İmanov vurğulayıb ki, ölkəmizdə həyat sürətlə dəyişir, Azərbaycan yeniləşir və qüdrətlənir. Bunun kökündə innovativ, yeniliklərlə və islahatlarla zəngin, insanlara xidmət edən dövlət siyasəti durur. Ulu Öndərin uzaqgörənliyinin izləri, gələcəyimizə yol açan fikir və düşüncələri bugünkü cəmiyyətimizin ən dəyərli əqli mülkiyyətinə, ictimai rəy və varidatına çevrilib.
Tarixin hökmü tarixi şəxsiyyətlərin çətinliklər və problemlər barədə izahını yox, onların üzərində qələbəsini tanıyır. Bu qələbəni bu gün Azərbaycanın nüfuzunun artmasında, dövlətimizin başçısı İlham Əliyevin son 15 ildə düşünülmüş, müasirləşdirilmiş davamçılıq siyasətinin nailiyyətlərində, yaradıcılıqla keçirilən varislik xəttində, xalqımızın Prezidentə olan dərin ehtiram və sevgisində görürük. Rəhbər şəxsə bu münasibəti “İnsanlar üzərində əsl hakimiyyət yalnız onlara xidmət etməklə əldə olunur” kəlamı ilə ifadə etmək mümkündür.
Bildirilib ki, xalqımız bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini təntənə ilə qeyd etməyə hazırlaşır. Ötən il Respublika Gününü qeyd edərkən Prezident İlham Əliyev çıxışında demişdi: “...Dünya miqyasında birinci müsəlman demokratik respublikası Azərbaycanda yaradılmışdır. Bu, özlüyündə xalqımızın nə qədər mütərəqqi və istedadlı olduğunu bir daha göstərirdi...
...Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun qurucularının xatirəsinə böyük hörmətlə yanaşır...
Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. İki ildən sonra müstəqilliyimiz əlimizdən alınmışdır. Əgər Azərbaycan dövlət müstəqilliyini qoruya bilsəydi, əminəm ki, bu gün Azərbaycan dünya miqyasında ən inkişaf etmiş, ən zəngin ölkələrdən biri olacaqdı. Ancaq xarici müdaxilə nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi!”
Tədbirdə K.İmanovun “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda məruzəsi dinlənilib.
Daha sonra alim və mütəxəssislər mövzuya dair məruzələrlə çıxış edib, müzakirələr aparıblar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info