Aqrar Universitet müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları ilə təmin ediləcək
Tarix: 20.04.2018 | Saat: 15:59:00 | E-mail | Çapa göndər


Kənd Təsərrüfatı Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan Dövlət Aqrar Universitetinə ümumi dəyəri təxminən 1 milyon manatdan artıq müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları gətiriləcək. Bunun üçün universitetin həmin sahə üzrə mütəxəssisləri “Aqrolizinq” ASC-nin Gəncə şəhərindəki və ətraf rayonlardakı təchizat bazalarında olub, yeni texnikalara baxış keçiriblər. Universitetə gətiriləcək texnikalar içərisində dəyəri 300 min dollar olan ABŞ-ın “John Deere” şirkətinin traktoru da var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə universitetin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov professor-müəllim və tələbə heyəti qarşısında son illərdə ali-təhsil müəssisəsində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışarkən deyib.
Bildirilib ki, hazırda respublikamız üçün yeganə yüksəkixtisaslı aqrar kadrlar hazırlayan universitet son illərdə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində böyük inkişaf yolu keçib. Zəngin elm-tədris tarixinə və ənənələrinə malik universitetin nəinki əvvəlki şöhrəti bərpa edilib, hətta infrastrukturunun genişləndirilməsi, maddi-texniki bazasının müasirləşdirilməsi, kadr potensialının və tədrisdə keyfiyyətin yüksəldilməsi onu dünyanın ən qabaqcıl aqrar universitetləri ilə rəqabət apara biləcək səviyyəyə yüksəldib. Bu illər ərzində universitetdə Biotexnologiya və biokimya, Biologiyanın tədrisi və metodikası, Mikrobiologiya, Makro və mikroelementlərin təyini, Aqrokimya, Aqrometerologiya, Ekologiya, Əkinçilik, Seleksiya, Yemçilik, Pambıqçılıq və lifin texnologiyası, Bitki mühafizəsi, Bitki anatomiyası və morfologiyası, Bitki nümunələrinin təhlili, Nümunələrin analizə hazırlanması, Torpağın aqroekoloji qiymətləndirilməsi, Torpağın kimyəvi monitorinqi, Torpaqşünaslıq, Üzümçülük, Meyvə, tərəvəz və subtropik bitki genetik ehtiyatları, Tərəvəzçilik, Taxıl və paxlalı bitkilər elmi tədqiqat və sahəvi laboratoriyaları yenidən qurularaq ən müasir cihazlarla təchiz edilib. Həmçinin Yaponiyanın orta və kiçikhəcmli müəssisələrin təminatı üçün qeyri-layihə üzrə qrant yardımı çərçivəsində Toxumçuluq laboratoriyası, “Gilan Holdinq”in dəstəyi ilə Eksperimental Tədris Qrupu, universitetin görkəmli akademik və professorlarının adına auditoriyalar, eləcə də Bitki klinikası və Baytarlıq klinikası qurulub. Universitetin nəzdində istixana kompleksi, heyvandarlıq, atçılıq, quşçuluq, bildirçin, balıqçılıq, arıçılıq təsərrüfatları yaradılıb, dendroloji bağ salınıb, maşın–traktor parkı isə ən müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunub.
Respublikamızın bütün ali təhsil müəssisələri içərisində ilk Tələbə yataqxanası layihəsinin Aqrar Universitetdə həyata keçirildiyini deyən İbrahim Cəfərov bildirib ki, ümumi olaraq 1026 yerlik iki yataqxana kompleksi inşa edilib və hər iki tələbə evi Prezident İlham Əliyevin 2016-cı və 2017-ci illərdə Gəncə şəhərinə səfəri çərçivəsində istifadəyə verilib.
Rektor vurğulayıb ki, hazırda ölkəmizdəki aqroparklarda işləyən ən müasir kənd təsərrüfatı texnikalarının eynisinin universitetə gətirilməsi müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrin praktik bacarıqlarını yüksəldəcək. Həmçinin yeni texnikalar ətraf rayonlar üçün mexanizatorların yenidən hazırlanması və kursların təşkili məqsədilə istifadə ediləcək.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Snayperçilərimiz ən çətin atışları icra edib
22.01.2019
Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildi
22.01.2019
Azərbaycan alternativ enerji üzrə bir sıra iri layihələr həyata keçirə bilər
21.01.2019
Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
3 “Mənim güc mənbəyim Bakıdadır”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info