Agentlik sədri: “Erməniçilik, dəfələrlə qeyd etdiyimiz kimi, mif yaradıcılığına, mifomaniyaya çox meyllidir”
Tarix: 20.04.2018 | Saat: 16:00:00 | E-mail | Çapa göndər


Erməniçilik, dəfələrlə qeyd etdiyimiz kimi, mif yaradıcılığına, mifomaniyaya çox meyllidir. Bunu Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan, “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü“” münasibəti ilə “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfransda deyib.
K.İmanov bildirib ki, bu uydurmalar “böyük torpaqlar” mifini qonşulara ərazi iddiaları və onların mədəni irsinin mənimsənilməsi ilə bir-birinə bağlayır:
“Əqli mülkiyyətimizi, Azərbaycan mədəni ənənələrini özününküləşdirilməklə erməni ənənəsinə” çevirən oğurluq üsulları çoxdan sirr deyil. Rəvayətlərimizi mənimsəmək üçün milləti erməni olanın söyləməsi, bayatılarımızı oğurlamaq üçün erməni aşıqları – husanların ifa etməsi, dastanlarımızı özününküləşdirmək üçün türk adlarının və coğrafi adların erməniləşdirilməsi, atalar sözlərimizin və məsəllərimizin ermənilərə məxsus edilməsi üçün erməni dilinə, sonra isə digər dillərə tərcümə edilməsi, musiqimizi haylaşdırmaq üçün not şəklinə çevirib, nəşr etmək və yaxud erməni müğənnisi tərəfindən ifa edilməsi. Mətbəximizi oğurlamaq üçün “pitidən bozbaşa, dolmadan lavaşa” reseptlərimizin məruz qalması, “orijinallıq” naminə okeanın digər tərəfindən “yeniliklərlə” bəzədilməsi, xalçalarımızın özününküləşdirilməsində naxış və düyünlərimizə gülməli izahat verilməsi. Azərbaycanda, İsraildə, Hindistanda və digər ölkələrdə tanınan narın, erməni katolikosunun qərarı ilə müqəddəsləşdirilməsi, hay-erməni rifahı və çiçəklənməsi milli rəmzinə çevrilməsi və s. Artıq “hayların dünyaya yaydığı qəhvədən”, “erməni qaysısından”, “ən qədim çaxır düzəldən ölkədən” və s. danışmağa ehtiyac duymuram. Söylədiklərim nə qədər gülməli olsa da, erməni tarixi “kəşflərinin” qarşısında aciz görünür. Belə ki, guya Ermənistan sivilizasiya beşiyidir və hind-avropalıların köküdür, qədim misirlilər biliklərini ermənilərdən əldə ediblər və piramidaların tikintisini onlara ermənilər öyrədiblər. Guya vikinqlər erməni soyköklüdürlər, bunlar Britaniya adalarına qədər irəliləmişlər, Yerevan Romadan qədimdir, Xorvatiya, Bosniya, Belçika, Amerika, Kanada, Soçi, Suxumi, Odessa adları – hay-erməni yaradıcılığıdır və sairə, saysız-hesabsız hay-erməni uydurmaları. Bunlara ciddi yanaşmaq da düzgün deyil. Lakin Yerevanda yerləşən Ermənistanın milli tarixi muzeyində hay-ermənilərin 500 min il yaşının olduğu nümayiş etdirilir”.
Agentlik rəhbəri bildirib ki, konfransda Armi / Erme / Arminiya termininin turan mənşəli “Ərsak”, “Sisian / Sisakan” sözlərinin hay-ermənilərə aidiyyatının olmaması, “köçəri” sözünün türklərə məxsus olması qədim mətnlər və klassik mənbələr əsasında aydınlıqla göstəriləcək:
“Bununla yanaşı, YUNESKO-nun Qeyri-maddi mədəni irs Siyahısına ermənilərin kimdənsə öyrəndiklərinə, mənimsəyib özününküləşdirdiklərinə, riyakar, aqressiv fitnələrə sipər çəkmək yolları müəyyən ediləcək. Deyirlər ki, kimlərsə digərlərini aldatmaq üçün yalan səpir, digərləri isə aldadılmış olduğuna görə yalanı yayır. Odur ki, vicdanımızın qulu, iradəmizin sahibi olmaqla, aldadılmışların sayını azaltmaq məqsədilə gücümüzü əsirgəməyəcəyik”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info