ADTGT regionlarda erkən nikahlarla mübarizəyə başlayıb
Tarix: 20.04.2018 | Saat: 16:34:00 | E-mail | Çapa göndər


Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yeniyetmə və gənclər arasında erkən nikahlara dair monitorinq və sorğunun keçirilməsi, geniş ictimaiyyətin iştirakı ilə sosial aksiyaların təşkili, sosial çarxların hazırlanması və ictimai yayımının həyata keçirilməsi” adlı layihənin icrasına başlamışdır. Geniş maarifləndirmə, interaktiv sosial fəaliyyətlər, foks qruplarına yönəlik sosial reklam və PR xarakterli aksiyalarla həyata keçiriləcək layihə Beyləqan, Masallı, Qobustan və Şabran rayonlarını əhatə edəcəkdir.

Cari ilin aprelin 20-dən start götürən və 4 (dörd) ay davam edəcək layihə fəaliyyətlərinə ilk olaraq yuxarıda qeyd olunan regionlarda erkən nikahların real vəziyyətinə və obyektiv mənzərəsinə aid ictimai monitorinq və sosioloji sorğuların aparılması, gənc könüllü fəalların iştirakı ilə interaktiv sosial aksiyaların təşkili, bölgələrdə aidiyyətli yerli hakimiyyət strukturları təmsilçilərinin, təhsil, səhiyyə, gənclər, ədliyyə, hüquq-mühafizə orqanları və fəal ictimaiyyət nümayəndələrinin, ailə, ağsaqqal və din institutu üzvlərinin, KİV, digər qurum və ictimai fəalların iştirakı ilə məlumatlandırıcı, təbliğati, qınaq xarakterli seminarların keçirilməsi, mövcud auditoriyaya təsir edən sosial çarxların çəkilməsi, yayımı və sosial şəbəkələrdə, KİV və sosial mediada xüsusi PR kampaniyalarının aparılması və virtual ictimai debatların təşkili daxildir.

Layihə çərçivəsində zəngin bilgi və hüquqi informasiyaların əks olacağı “Erkən nikahlar: ictimai qınaq və maarifləndirmə” adlı kitabçanın nəşri və yayıımı da həyata keçiriləcəkdir. Layihə fəaliyyətinin bütün mərhələlərində əldə olunan nəticələr və bu sahədə mövcud problemin həllinə yönəlik təkliflər paket olaraq müvafiq dövlət qurumlarına təqdim olunacaqdır.

Layihənin məqsədi regionlarda yeniyetmə və gənc qızlar və oğlanlar arasında erkən nikahların yayılmasına “YOX” demək, onların özlərini və valideynlərini bu cür zərərli addımlardan çəkindirmək, bölgələrdə müxtəlif strukturların iştirakı ilə ictimai qınaq, ictimai maarifləndirmə kampaniyasına və digər sosial aksiyalara başlamaqdır. Layihənin digər məqsədlərindən biri də bölgələrdə yeniyetmə qız və oğlanlar arasında təhsilə və peşə vərdişlərinə maraq və motivasiya yaratmaqdır.



Fuad




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info