İliyan Kostov: “Bolqarıstan şirkətlərinin Azərbaycana marağı böyükdür”
Tarix: 20.04.2018 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Bolqarıstan Respublikasının Azərbaycandakı səfirliyinin birinci katibi Yanko Yanakiyev, Bolqarıstanın Bakıdakı ticarət missiyasının rəhbəri İliyan Kostovla görüşüb.
Bolqarıstanın Azərbaycan üçün dost ölkə olduğunu deyən Məmməd Musayev bildirib ki, iki ölkənin dövlət başçıları arasında olan yaxşı münasibətlər iqtisadi əlaqələrimizin daha da genişləndirilməsinə zəmin yaradır. Qeyd olunub ki, Bakı ilə Sofiya arasında birbaşa aviareysin açılması hər iki istiqamətdə turizmin inkişafı ilə yanaşı iki ölkənin iş adamlarının sıx əməkdaşlığı üçün də şərait yaradacaq.
Azərbaycanda Bolqarıstanın ticarət missiyasının rəhbəri kimi yeni təyin olduğunu deyən İliyan Kostov ASK ilə sıx əlaqələrin qurulmasında və biznes icmalara dair məlumatların mübadilə edilməsində maraqlı olduğunu bildirib.
“Qeyd etdiyiniz kimi doğurdan da ölkələrimiz arasında çox gözəl dostluq münasibətləri mövcuddur. Lakin bu münasibətlər indiki ticarət dövriyyəsinin həcminə uyğun gəlmir. Bolqarıstan şirkətlərinin Azərbaycana marağı böyükdür. Azərbaycandakı gənc nəsil bizim nəslin nümayəndələrindən fərqli olaraq Bolqarıstan məhsulları haqqında yaxşı məlumatlı deyil. Bu baxımdan Bakıda Bolqarıstan məhsullarının satıldığı mağazaların və ticarət evinin açılması yaxşı ideyadır”.
Məmməd Musayev Bolqarıstan şirkətlərini Azərbaycanın nəqliyyat-logistika imkanlarından istifadə etməklə məhsullarını Orta Asiya və qonşu ölkələrin bazarlarına çıxarmağı təklif edib. M.Musayev Azərbaycan Sahibkarlar Konfederasiyasının Bolqarıstanla ticarət əlaqələrinin inkişafı və iki ölkənin iş adamları arasında münasibətlərin qurulması istiqamətində hər an dəstək göstərməyə hazır olduğunu bildirib.
Bolqarıstan Respublikasının Azərbaycandakı səfirliyinin birinci katibi Yanko Yanakiyev əlavə edib ki, hazırda Azərbaycanla Bolqarıstan arasında viza rejiminin sadələşdirilməsi müzakirə edilir. “Bizim Asan viza ilə bağlı çox yaxşı təklifimiz var. Hazırda bu məsələ Xarici İşlər Nazirlikləri səviyyəsində müzakirə olunur. Biz vizanı “ASAN xidmət” vasitəsi ilə sadələşdirə bilərik. Lakin hansı qərarın veriləcəyini zaman göstərəcək”, - deyə Y.Yanakiyev vildirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info