Bakı aeroportu yenə ən yaxşılardan oldu
Tarix: 20.04.2018 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


Vertolyotdan dünyanın ən gözəl hava limanlarından biri - Heydər Əliyev Beynəlxalq Aeroportunun unikal şəkilləri çəkilib.
Azərbaycanın əsas hava limanı Rusiya və MDB ölkələrinin bütün aeroportları arasında göstərilən xidmət səviyyəsinə görə yenidən ən yaxşılar siyahısına başçılıq edib. Heydər Əliyev Beynəlxalq Aeroportu ardıcıl olaraq ikinci il hava limanı sənayesi üçün ən nüfuzlu qiymətləndirmə olan “Skytrax World Airport Awards” mükafatına layiq görülüb. “Skytrax” mükafatının təntənəli təqdimat mərasimi Stokholmda keçirilib.
Bundan başqa, Heydər Əliyev Beynəlxalq Aeroportu hər il beş milyona qədər sərnişinə xidmət göstərən dünya aeroportları siyahısında üçüncü yeri tutub. Siyahıya London-Siti aeroportu başçılıq edir.
Daha bir nüfuzlu nominasiyanı Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) alıb. Belə ki, o, dünyanın ən yaxşı terminallarının onluğuna daxil olub. Bu reytinqin lideri Londonun Hitrou hava limanı (Terminal 2) olub.
“Skytrax” tərəfindən keçirilən və 550 hava limanı arasında sərnişinlərə xidmət və şəraiti qiymətləndirən hava limanlarının qlobal inspeksiyası dünya hava limanı sənayesi üçün keyfiyyət etalonu sayılır. İnspeksiya və mükafat hava limanının nəzarəti və müdaxiləsindən asılı deyil və buna görə də, hava limanının mükəmməllik və keyfiyyəti üzrə obyektiv göstəricidir. İnspeksiya dövründə “Skytrax”, həmçinin 100 ölkədən 13,73 milyon sərnişin arasında sorğu keçirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
21.02.2019
DMX tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib
21.02.2019
Migel Silva Pinto “ASAN xidmət” mərkəzi ilə tanış olub
21.02.2019
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb
20.02.2019
Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info