Türkmənistan-Əfqanıstan-Tacikistan dəmiryolunun təməli qoyulacaq
Tarix: 04.06.2013 | Saat: 23:33:00 | E-mail | Çapa göndər


İyunun 5-də Əfqanıstan prezidenti Hamid Kərzai və Tacikistan prezidenti Emoməli Rəhmon Türkmənistan-Əfqanıstan-Tacikistan dəmiryolunun təməlqoyma mərasimində iştirak etmək üçün Türkmənistana gedəcəklər.
Təntənəli tədbirdə Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultanzadə də iştirak edəcək. Əfqanıstan və Tacikistan prezidentlərinin Türkmənistan Lebap vilayətinin Koytendağ rayonu Qarlik qəsəbəsinin açılış mərasiminə də qatılacaqları gözlənilir.
Ölkə başçısı Qurbanqulu Berdiməhəmmədov bu dəmiryol layihəsinin əhəmiyyətindən danışıb, regional və beynəlxalq əməkdaşlığın inkişafına təkan verən tikinti olacağını vurğulayıb. Onun sözlərinə görə, layihənin həyata keçirilməsi regionun nəqliyyat əlaqələrinin genişlənməsinə, beynəlxalq nəqliyyat və rabitə infrastrukturunun səmərəli inteqrasiyasına şərait yaradacaq.
Türkmənistan, Əfqanıstan və Tacikistan arasında dəmir yolunun tikintisi layihəsinə dair Anlaşma Memorandumu martın 20-də Aşqabadda üçtərəfli sammit zamanı imzalanıb.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info